Məktəb buraxılış imtahanlarının sayı (CAT) 4-ə qədər azala bilər.
Bu haqda Gürcüstan parlamentinin Təhsil, Elm, və Mədəniyyət
Komitəsinin sədri Mariam Caşi İPN-ə bildirib.
Caşinin sözlərinə görə, dörd əsas fənn üzrə imtahan verilən Avropa
ölkələrinin təcrübəsindən istifadə oluna bilər – ana dili,
riyaziyyat, xarici dil və bir seçim fənni.
“Mixeil Batiaşvili qərar elan edib ki, 2020-ci il üçün
radikal olaraq attestat imtahanları sistemi dəyişəcək. 2019-cu ildə
imtahan testlərinin çətinləşdirilməsinə gəldikdə isə bu istisnadır.
Abituriyentlər rahat məktəb və universitet mərhələsi üçün hazırlığa
davam edə bilərlər. Çox sevinirəm ki, iki il bundan əvvəl
imtahanların dəyişdrilməsi ehtiyacı ilə bağlı səsləndirdiyim baxış
Mixeil Batiaşvilinin baxışlarına uyğundur və biz bunun üzərində
bərabər çalışacağıq.
Birmənalı şəkildə düşünürəm ki, say olaraq imtahanlar çoxdur.Bəzi
imtahanlar müəyyən konfliktə gəlir – məktəbi bitirən mərhələdə
şagird milli imtahanlarda verdiyi həmin imtahanları verə bilər. Bu
isə təkrar olur və proses sağlam deyil.
Bu məsələ ilə bağlı ilk dəfə fikir bildirəndə cəmiyyət də dəstək
göstərdi, ancaq mütəxəssislər tərəfindən etiraz gəldi. Bundan sonra
Skandinavya ölkələrinin eləcə də müxtəlif beynəlxalq təcrübələrlə
tanış oldum. Əksər ölkələrdə attestat imtahanı 4 fənndə verilir –
ana dili, riyaziyyat, xarici dil və bir seçim fənni. Bizim
şagirdlərin verdiyi 8 imtahanlara demək olar ki, heç bir ölkənin
təcrübəsində rast olunmur. Attestat imtahanlarının sayını
azaltmalıyıq. Sonra mövcud təkrarlanmanın azaldılması və ali təhsil
müəssisələrinə qəbul imtahanlarının səviyyəsində dəyişikliklər necə
daxil olacaq buna dair müəyyən fikirlər var, amma əvvəlcədən
səsləndirmək istəmirəm, çünki məsələnin müzakirəyə ehtiyacı
var” – bildirib Mariam Caşi.