Vahid Milli İmtahanların testlərinə dəyişiklik daxil olub
Vahid Milli İmtahanların testlərinə dəyişiklik daxil olub. Milli İmtahanlar Mərkəzinin məlumatına görə, 2019-cu ildə abituriyentlərə dəyişdirilmiş testlər təklif edəcəklər.
Konkret olaraq, dəyişiklik dörd imtahana (gürcü dili və ədəbiyyatı, ədəbiyyat, coğrafiya və xarici dil) aid olacaq.

Gürcü dili və ədəbiyyatı imtahanı:

Testdə yalnız üç tapşırıq olacaq: Tekstin redaktə olunması (maksimum 16 bal), arqumentləşdirilmiş esse (maksimum 24 bal) və bədii mətnin analizi (maksimum 30 bal). Müvafiq olaraq keçən illə müqayisədə 2019-cu ildə gürcü dili və ədəbiyyatının imtahan testindən 15 ballıq cavabı seçiləcək tapşırıq azalacaq (oxuyub düşünmək), bədii mətnin analizinə isə 5 bal artacaq. Müvafiq olaraq imtahan testi 80 bal əvəzinə 70 bal olacaq.

Test tapşrıqlarının azalması ilə yanaşı imtahan müddəti də 3 saat 45 dəqiqə olacaq.

Xarici dillər imtahanı:

Testdən tapşırığın biri götürülüb. Bu 7-ci cavabı seçilən tapşırıqdır və o, qrammatika bilgisini yoxlyırdı. Qrammatika bilgisi testdə olan yazı tapşırığı vasitəsilə yoxlanılır.

İmtahan testinin maksimum balı keçən illərdə olduğu kimi 90 əvəzinə 80 olacaq.

Müvafiq olaraq imtahan vaxtı da 2 saat 30 dəqiqə olacaq (10 dəqiqə azaldılıb).

Ədəbiyyat imtahanı:

Testdən bir yazılı tapşırıq götürülüb, əvəzinə açıq suallar bloku artırılıb (maksimum bal 30 əvəzinə 40-dır) və bədii mətnin analizinin maksimum balı 25 əvəzinə 30 olacaq.

İmtahan testinin maksimum balı 80 deyil 70 olacaq.

Testin tapşırığının azaldılması ilə yanaşı yarım saat imtahanlara ayrılmış vaxt da azalacaq – 4 saat 15 dəqiqə əvəzinə 4 saat olacaq.

Coğrafiya imtahanı:


Testdə açıq tapşırıqlar artırılacaq. Daha çox bilikdən istifadə etməyə və analizə istiqamətlənəcək.

Cavabı seçilən sualların hissəsi də azalacaq və 1,2,3 və 4 ballıq açıq tapşırıqlar bloku əlavə olunacaq.

Testdə sonrakı tapşırıq növləri dəyişilməzdir: Cavabı seçilən suallar. Xəritənin analizi (fiziki və topoqrafik). Məlumatın analizi. Testin maksimum balı 59 əvəzinə 60 olacaq.

2019-cu ildə vahid milli imtahanlarda başqa yeniliklər planlaşdırırlmır.

Milli İmtahanlar Mərkəzinin məlumatına görə, dəyişikliklərin vacibliyi keçən illərin testlərinin analiz edilməsinə səbəb oldu və pedaqoqlarla yanaşı bu imtahanların nəticələrinin müzakirəsinin nəticələri göstərdi ki, abituriyentin bilik və bacarıqlarının daha yaxşı qiymətləndirilməsi üçün bu imtahan testlərinin formatına müəyyən dəyişikliklərin daxil edilməsi məqsədyönlüdür. Bu dəyişikliklərə baxmayaraq minimal kompetensiyanın faiz həddi dəyişməyəcək.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google