Vahid Milli İmtahanların testlərinə
dəyişiklik daxil olub. Milli İmtahanlar Mərkəzinin məlumatına görə,
2019-cu ildə abituriyentlərə dəyişdirilmiş testlər təklif
edəcəklər.
Konkret olaraq, dəyişiklik dörd imtahana (gürcü dili və ədəbiyyatı,
ədəbiyyat, coğrafiya və xarici dil) aid olacaq.
Gürcü dili və ədəbiyyatı imtahanı:
Testdə yalnız üç tapşırıq olacaq: Tekstin redaktə olunması
(maksimum 16 bal), arqumentləşdirilmiş esse (maksimum 24 bal) və
bədii mətnin analizi (maksimum 30 bal). Müvafiq olaraq keçən illə
müqayisədə 2019-cu ildə gürcü dili və ədəbiyyatının imtahan
testindən 15 ballıq cavabı seçiləcək tapşırıq azalacaq (oxuyub
düşünmək), bədii mətnin analizinə isə 5 bal artacaq. Müvafiq olaraq
imtahan testi 80 bal əvəzinə 70 bal olacaq.
Test tapşrıqlarının azalması ilə yanaşı imtahan müddəti də 3 saat
45 dəqiqə olacaq.
Xarici dillər imtahanı:
Testdən tapşırığın biri götürülüb. Bu 7-ci cavabı seçilən
tapşırıqdır və o, qrammatika bilgisini yoxlyırdı. Qrammatika
bilgisi testdə olan yazı tapşırığı vasitəsilə yoxlanılır.
İmtahan testinin maksimum balı keçən illərdə olduğu kimi 90 əvəzinə
80 olacaq.
Müvafiq olaraq imtahan vaxtı da 2 saat 30 dəqiqə olacaq (10 dəqiqə
azaldılıb).
Ədəbiyyat imtahanı:
Testdən bir yazılı tapşırıq götürülüb, əvəzinə açıq suallar bloku
artırılıb (maksimum bal 30 əvəzinə 40-dır) və bədii mətnin
analizinin maksimum balı 25 əvəzinə 30 olacaq.
İmtahan testinin maksimum balı 80 deyil 70 olacaq.
Testin tapşırığının azaldılması ilə yanaşı yarım saat imtahanlara
ayrılmış vaxt da azalacaq – 4 saat 15 dəqiqə əvəzinə 4 saat
olacaq.
Coğrafiya imtahanı:
Testdə açıq tapşırıqlar artırılacaq. Daha çox bilikdən istifadə
etməyə və analizə istiqamətlənəcək.
Cavabı seçilən sualların hissəsi də azalacaq və 1,2,3 və 4 ballıq
açıq tapşırıqlar bloku əlavə olunacaq.
Testdə sonrakı tapşırıq növləri dəyişilməzdir: Cavabı seçilən
suallar. Xəritənin analizi (fiziki və topoqrafik). Məlumatın
analizi. Testin maksimum balı 59 əvəzinə 60 olacaq.
2019-cu ildə vahid milli imtahanlarda başqa yeniliklər
planlaşdırırlmır.
Milli İmtahanlar Mərkəzinin məlumatına görə, dəyişikliklərin
vacibliyi keçən illərin testlərinin analiz edilməsinə səbəb oldu və
pedaqoqlarla yanaşı bu imtahanların nəticələrinin müzakirəsinin
nəticələri göstərdi ki, abituriyentin bilik və bacarıqlarının daha
yaxşı qiymətləndirilməsi üçün bu imtahan testlərinin formatına
müəyyən dəyişikliklərin daxil edilməsi məqsədyönlüdür. Bu
dəyişikliklərə baxmayaraq minimal kompetensiyanın faiz həddi
dəyişməyəcək.