Təhsil sahəsində hökumətin xərclədiyi ümumi
daxili məhsulun vacib hissələrindən biri dövlətin təhsil sahəsində
beynəlxalq miqyaslar arasındakı reytinqini müəyyən edən
indikatordur.
Bu
göstəriciyə ictimai və eləcə də özəl sektorda təhsil məqsədi üçün
ümumi dövlət xərclərinin yekunlaşdırılması və rasional hissələrə
bölməklə nail olunub.
"Worldatlas" (worldatlas.com 1994-cü ildə yaradılmış
qrup/təşkilatdır. Bu geniş miqyaslı təşkilatın iş istiqaməti dünya
miqyasında təhsil sahəsidir) tələbə və şagirdlər üçün vacib olan
bütün xidmət sahələrini nəzərə alıb. Şübhəsiz ki, təhsil üçün
xərclərin artırılmasının yüksək aksenti sosial-iqtisadi artımda
qeydə alınır və bu cəmiyyətin bütün aspektlərinin inkişafına və
sosial bərabərsizliyin azalmasına yardım edir.
XX
Baxmayaraq ki, bir çox ölkələr təhsil sahəsinə böyük nəzarət
göstərir, onların əksəriyyəti “təhsil infrastrukturunun inkişafını”
bacarmadı.
"Worldatlas"- təhsil sistemi “qəza” keçirmiş və keçirməkdə
olan ölkələrin reytinqini tərtib edib (formal başlıq belədir –
“dəhşətli təhsil sistemi olan ölkələr”). Tədqiqat çox sayda
meyardan ibarət imiş. Onlardan ən önəmlisi təhsil sisteminin
təşkilatçılığı, təhsil sərf olunan məbləğ, tədris forması,
müəllimlərin tədris metodu, mədəni təhsil və həmin təhsilin sistemə
hansı nəticəni gətirməsidir.
Reytinqdə ən pis təhsil sistemi olduğuna görə “şərəfli” 25-ci yeri
Gürcüstan tutur.
1 Ekvator Qvineyası 0.7 %
2 Mianmari 0.8 %
3 Mərkəzi Afrika Respublikası 1.2 %
4 Zambiya 1.3 %
5 Birləşmiş Ərəb Əmirlikləri 1.3 %
6 Monako 1.6 %
7 Livan 1.6 %
8 Liberiya 1.9 %
9 Şri-Lanka 2.0 %
10 Eritreya 2.1 %
11 Lixtenşteyn 2.1 %
12 Qvineya 2.1 %
13 Dominik Respublikası 2.2 %
14 Libiya 2.3 %
15 İran 2.3 %
16 Pakistan 2.4 %
17 Zimbabve 2.5 %
18 Qətər 2.5 %
19 Antiqua və Barbuda 2.5 %
20 Konqo Demokratik Respublikası 2.5 %
21 Çad 2.6 %
22 Peru 2.6 %
23 Kambocca 2.6 %
24 Siera Leone 2.7 %
25 Gürcüstan 2.7 %
(2017-18-ci ilin araşdırması)