"Worldatlas" Gürcüstanı ən dəhşətli təhsil sistemi olan ölkələrin reytinqinə daxil edib

Təhsil sahəsində hökumətin xərclədiyi ümumi daxili məhsulun vacib hissələrindən biri dövlətin təhsil sahəsində beynəlxalq miqyaslar arasındakı reytinqini müəyyən edən indikatordur.

Bu göstəriciyə ictimai və eləcə də özəl sektorda təhsil məqsədi üçün ümumi dövlət xərclərinin yekunlaşdırılması və rasional hissələrə bölməklə nail olunub.



"Worldatlas" (worldatlas.com 1994-cü ildə yaradılmış qrup/təşkilatdır. Bu geniş miqyaslı təşkilatın iş istiqaməti dünya miqyasında təhsil sahəsidir) tələbə və şagirdlər üçün vacib olan bütün xidmət sahələrini nəzərə alıb. Şübhəsiz ki, təhsil üçün xərclərin artırılmasının yüksək aksenti sosial-iqtisadi artımda qeydə alınır və bu cəmiyyətin bütün aspektlərinin inkişafına və sosial bərabərsizliyin azalmasına yardım edir.

XX

Baxmayaraq ki, bir çox ölkələr təhsil sahəsinə böyük nəzarət göstərir, onların əksəriyyəti “təhsil infrastrukturunun inkişafını” bacarmadı.

"Worldatlas"- təhsil sistemi “qəza” keçirmiş və keçirməkdə olan ölkələrin reytinqini tərtib edib (formal başlıq belədir – “dəhşətli təhsil sistemi olan ölkələr”). Tədqiqat çox sayda meyardan ibarət imiş. Onlardan ən önəmlisi təhsil sisteminin təşkilatçılığı, təhsil sərf olunan məbləğ, tədris forması, müəllimlərin tədris metodu, mədəni təhsil və həmin təhsilin sistemə hansı nəticəni gətirməsidir.



Reytinqdə ən pis təhsil sistemi olduğuna görə “şərəfli” 25-ci yeri Gürcüstan tutur.

1 Ekvator Qvineyası 0.7 %
2 Mianmari 0.8 %
3 Mərkəzi Afrika Respublikası 1.2 %
4 Zambiya 1.3 %
5 Birləşmiş Ərəb Əmirlikləri 1.3 %
6 Monako 1.6 %
7 Livan 1.6 %
8 Liberiya 1.9 %
9 Şri-Lanka 2.0 %
10 Eritreya 2.1 %
11 Lixtenşteyn 2.1 %
12 Qvineya 2.1 %
13 Dominik Respublikası 2.2 %
14 Libiya 2.3 %
15 İran 2.3 %
16 Pakistan 2.4 %
17 Zimbabve 2.5 %
18 Qətər 2.5 %
19 Antiqua və Barbuda 2.5 %
20 Konqo Demokratik Respublikası 2.5 %
21 Çad 2.6 %
22 Peru 2.6 %
23 Kambocca 2.6 %
24 Siera Leone 2.7 %
25 Gürcüstan 2.7 %


(2017-18-ci ilin araşdırması)


Mənbə: intermedia.ge
Print