9 illik məcburi təhsil sistemi 10 ilədək artırıla bilər
9 illik məcburi təhsil sistemi 10 ilədək artırılması planlaşdırılır. Bununla bağlı Təhsil Elm və Mədəniyyət nazirinin müavini İrina Abuladze nazir Mixeil Batiaşvili və Milli İmtahan mərkəzinin rəhbəri Sopo Qorqadze ilə keçirilən görüşdə bəyan edib.

Qeyd olunan dəyişiklik yaxın zamanda planlaşdırılır. İrina Abuladzenin dediyinə görə, statistikaya əsasən məktəbi tərk etmə göstəricisi 10 sinifdir. İndi təklif olunan qərar isə məcburi təhsil sisteminin 9 ildən 10 ilə yüksəldilməsidir.

“Bunu bir çox ölkə edir. İndi bizim ölkədə məcburi təhsil sistemi 9 illikdir və şagirdlər 9 ili bitirdikdən sonra heç bir qərar verə bilmirlər, heç bir şey dərk edə bilmirlər və 10-cu sinfə keçdikdə başa düşürlər ki, hansısa imtahanlar gəlir. İmtahana hazırlaşa bilməyən şagirdlər çoxu məktəbdən çıxır və ya 11-ci sinifdə imtahanlarda kəsilirlər və ya hansısa yolla 12-ci sinfə keçib 12-ci sinifdə kəsilirlər. Nəticədə isə əhalinin əksəriyyəti təhsilsiz və işsiz qalır”, – deyə Abuladze bildirib.

Print Email
FaceBook Twitter Google