Məktəbin 11-ci sinif şagirdləri bu il imtahanları verməyəcəklər
Bu
il 11-ci sinif şagirdləri buraxılış imtahanlarını verməyəcəklər –
bu haqda Milli İmtahanlar Mərkəzinin rəhbəri Sopo Qorqadze təhsil
sisteminin yeni modelinin təqdimatında bildirib.
“2019-cu ildə 12-ci sinifdə saxlanılacaq ki, başlanılan
silsilə başa çatsın. 11-ci sinifdə imtahanlar verilməyəcək. Çünki
gələcəkdə bu pillədə belə imtahan olmayacaq. Keçən il imtahanı verə
bilməyənlər və ya imtahana gəlməyənlərin yenidən imtahan vermək
imkanı olacaq, əgər 11-ci sinifdə hansısa fənndən imtahanları
qalıbsa bəxtlərini bir daha sınayacaqlar” - Sopo
Qorqodze.
Belə ki, məktəblərdə buraxılış imtahanları 2020-ci ildən
götürüləcək.