Mixeil Batiaşvili - sizi əmin edirəm ki, 12-ci sinif üçün buraxılış imtahanlarının götürülməsi məsələsi ilə bağlı konsultasiyaları tezliklə başa vuracağıq
Təhsil naziri Mixeil Batiaşvilinin bəyanatına görə, bu il 12-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının götürülməsi məsələsi ilə bağlı qanunvericilik orqanları, məktəblər və ekspertlərlə konsultasiyalar gedir.

Təhsil, Elm, Mədəniyyət və İdman Nazirinin bildirdiyinə görə, ictimaiyyət qərar haqqında tez bir zamanda məlumat alacaq.

“Bunun üzərində davamlı olaraq çalışırıq, konsultasiyalar keçirik. Siz bilirsiniz ki, bu bir çox qanunverici dəyişikliklər tələb edir, ona görə də gündəlik rejimə qoşulmuşuq və düşünürük ki, bununla bağlı qərarı çox tez zamanda, bütün risklər və bütün tərəflərlə məktəblər, qanunverici orqanlar və ya ekspertlərlə konsultasiyaları nəzərə alaraq qəbul edəcəyik. Düşünürük ki, qərar məhz təhsilin keyfiyyətinə istiqamətlənmiş olacaq. 11-ci sinif şagirdləri ilə bağlı qərar artıq qəbul olunub. 12-ci sinif bir çox qanunverici dəyişikliklər tələb edir, ona görə də sizi əmin edirik ki, bütün tərəflərlə konsultasiyaları tezliklə başa vuracağıq. Bu konsultasiyalarla bu illə bağlı qərar qəbul edəcəyik” - bildirib Mixeil Batiaşvili.

Print Email
FaceBook Twitter Google