12-ci siniflər üçün bu il buraxılış imtahanları keçirilməyəcək
12-ci siniflər üçün bu il buraxılış imtahanları keçirilməyəcək. 12-ci siniflər üçün attestat imtahanlarının elə bu il ləğv olunması haqqında bu gün brifinqdə baş nazir Mamuka Baxtadze bildirib.

Baş nazirin sözlərinə görə, ən vacib üstünlük məktəbdə təhsil almaqdır.

“Təhsil sisteminin reforması 2019-cu ildə və gələn illərdə məhz bizim üstünlüyümüzdür. Bilirsiniz ki, Təhsil Nazirliyi attestat imtahanıarı ilə bağlı dəyişikliklər etdi. Bizə güclü və müstəqil məktəb lazımdır. Məktəb təhsil almağa istiqamətlənmiş olmalıdır bizim gələcək nəsili imtahanlara hazırlamaq üçün yox. Təhsil məktəbdə alınır – bu ən böyük üstünlükdür. Müvafiq olaraq, bizim məqsədimiz odur ki, məktəb və onun təməlini gücləndirək. Bununla yanaşı Təhsil Nazirliyi attestat imtahanlarının 2019-cu ildə götürülməsi ilə bağlı da qərar qəbul edib. Qərar 11-ci sinif şagirdlərinə də aid olacaq, 2020-ci ildə isə 11-ci və 12-ci siniflər üçün də imtahan olmayacaq. Bu prinsipial baxımdan düzgün yanaşma idi, ancaq təbiidir ki, biz bu məsələ ilə bağlı konsultasiyalara davam edəcəyik və müvafiq olara qərar qəbul edəcəyik ki, məktəb buraxılışı imtahanları 11-ci siniflər üçün olduğu kimi 12-ci siniflər üçün də götürülsün” - bildirib Mamuka Baxtadze.

Beləliklə, baş nazirin izahatına görə bu il abituriyentlər ali təhsil müəssisələrinə qəbul üçün yenə də milli imtahanları verəcəklər və sistem dəyişikliyinin bu hissəsi 2020-ci ildən qüvvəyə minəcək.

28 yanvarda təhsil sisteminin yeni modelinin təqdimatında məlum olub ki, attestat vermə qaydası dəyişir və müvafiq olaraq məktəbdə buraxılış imtahanları götürüləcək. İlk qərara əsasən 2019-cu ildə buraxılış imtahanları yalnız 11-ci sinid şagirdləri üçün ləğv olundu, ancaq 12-ci sinif şagirdlər üçün imtahanların saxlanılması bu il planlaşdırılırdı. Qeyd olunan qərarla bağlı fikir fərqliliyi yarandı, cəmiyyətin yarısı hesab edirdi ki, buraxışlış imtahanları 12-ci sinif şagirdləri üçün də ləğv olunmalıdır.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google