Tələbələrə texniki istiqamətdən humanitar istiqamətə, humanitardan isə texnikiyə keçmək qadağan oluna bilər
Təhsil, Elm, Mədəniyyət və İdman Naziri Mixeil Batiaşvilinin bəyanatına görə, nazirliyin üzərində çalışdığı vahid milli imtahanların yeni modeli az-çox ilk əvvəl humanitar istiqaməti seçmiş olan tələbənin humanitardan texniki istiqamətə keçməsi səhvini istisna edəcək.
Bu haqda Batiaşvili parlamentdə hesabat təqdim edən zaman bildirib.

Onun sözlərinə görə, texniki istiqamətdə mütləq riyaziyyat imtahanı, humanitar istiqamətdə isə Gürcüstan tarixi olmalıdır.

“Əgər uşaq texniki istiqamətdə imtahan verirsə, onun üçün riyaziyyat və eləcə də universitetin bizdən təmin etməyimizi istədiyi fəndən mütləq imtahan vermək vacibdir. Eləcə də humanitar istiqamətdə tarixdən imtahan vermək vacibdir. Biz düşünürük ki, universitetdə oxumaq, gürcü olmaq və Gürcüstan tarixini bilməmək sadəcə ayıbdır. Həmçinin, universitet tərəfindən seçilmiş fənn də əlavə edilir. Hər hansı texniki istiqamət üç fəndən imtahan verir: Gürcü dili, xarici dil və riyaziyyat. Bu bizim baxışımızla ən azıdır. Universitet nəyə qərar versə biz həmin imtahanın keçirilməsini təmin edəcəyik. Humanitar istiqamətlərdə qeyd etdiyimiz kimi bu gürcü dili, xarici dil və minimum tarix, universitetin muxtariyyətlərni gücləndirməyimizi tələb edəcəyi istiqamət olacaq” - qeyd edib Mixeil Batiaşvili.

Print Email
FaceBook Twitter Google