Təhsil naziri Mixeil Batiaşvilinin sözlərinə
görə, 2018-ci ildə yoxlama nəticəsində 8 məktəb direktoru və 2
resurs mərkəzinin rəhbəri işdən azad edilib. Bu haqqda Batiaşvili 7
fevral tarixində Parlamentdə çıxışı zamanı qeyd
edib.
“Vəziyyəti öyrənmək və problemlərin həll
olunması məqsədi ilə nazirlik bütün ölkə miqyasında daim planlı və
plansız yoxlamalar həyata keçirir. Məktəblərdə 2018-ci ildə yoxlama
nəticəsində 101 nəticə yazılıb, 54 məktəbə qeyd və xəbərdarlıq
verilib, 8 məktəb direkoru və 2 resurs mərkəz rəhbəri işdən azad
edilib. Hüquqi orqanlara isə 22 qanun pozuntusu işi
göndərilib”- Mixeil Batiaşvili qeyd
edib.
Nazir onu da qeyd edib ki, məktəblərin
yoxlanılmasının iki əsas səbəbi var. Onlardan biri planlı yoxlama
digəri isə vətəndaşlar, valideyn və ya pedaqoqlardan qəbul olunan
ərizələrdir. Həmçinin o, müraciət olan halda məktəb ərizənin
qəbulundan 2 gün ərzində yoxlanıldığını
bildirib.