Qeyri-gürcü dilli məktəb şagirdləri üçün “Mən gürcü dilində yazıram” adlı müsabiqə başlayıb

Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Aparatının təşəbbüsü ilə Gürcüstanın qeyri-gürcü dilli məktəb və sektorlarının doqquzuncu sinif şagirləri üçün “Mən gürcü dilində yazıram” adlı müsabiqə elan olunub.



Müsabiqənin məqsədi dövlət dilinin məşhurlaşdırılması, etnik azlıq nümayəndəsi olan şagirdlərin dövlət dilində yazmaq kompetensiyasının inkişafı və həvəsləndirilməsidir.

Müsabiqə üç mərhələ olaraq keçiriləcək:
  • Birinci mərhələdə hər bir qeyri-gürcü dilli məktəb/sektor seçim etməli və müvafiq resurs-mərkəzə bir nəfər IX sinif şagirdinin namizədliyini təqdim etməlidir. Məktəb seçim meyarlarını müəyyən etməkdə sərbəstdir.

  • İkinci mərhələdə məktəblərdən təqdim olunmuş şagirdlər resurs mərkəzdə orta çətinlikdə olan 120/130 söz həcmində imla mətni yazacaqlar. Nəticədə hər bir resurs mərkəz tərəfindən iki qalib elan olunacaq.

  • Üçüncü mərhələdə isə şagirdlər məhdud vaxt ərzində orta çətinlikdə olan imla mətni yazacaqlar. Qaliblər daha bir 150 sözlük çətin imla mətni yazacaqlar. Mətnləri müasir yazıçı tərtib edəcək.
Yekunda İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti tərəfindən yaradılmış komissia 3 qalibi 14 aprel gürcü dili gününə həsr edilmiş tədbirdə elan edəcək.

Qalib müsabiqəçilərə diplom və hədiyyələr veriləcək.

Müsabiqə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti ilə əməkdaşlıqla və Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə keçirilir.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər