İsti suyun olmaması, unitaz problemi, döşəmədə
qalxmış mismarlar – bunlar Marneuli bələdiyyəsinin 1 saylı, “Tut
bağında” yerləşən bağçasında ümumi nəzarətdən sonra aşkarlanan əsas
problemlərdir.
Mövcud probelmləri Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov
da təsdiqləyir və bizimlə söhbət zamanı deyir ki, Tut bağında
bunlardan əlavə otaqların sayının az olması da problemdir. Buna
görə müxtəlif yaş qruplarında olan uşaqlar birgə qalır. O, izah
edir ki, bu baxımdan işlər gedir və tezliklər Tut bağında yeni bina
tikiləcək.
“Yalnız infrastruktur problemləridir və onlar da həll
olunacaq. Hələ bizim büdcə ilə aktivləri artırmaq olmaz. Bunu
bələdiyyə etməlidir və bələdiyyənin şəhərcikdə yeni bağın tikilməsi
planı var” – Zaur Kərəmov deyir.
Kərəmovun sözlərinə görə, Marneuli miqyasında bir neçə bağçada
infratsruktur problemləri var və antisanitariyanı tamamilə istisna
edir.
“Antisanitariya problemimiz yoxdur. Həmişə çalışıram
ki, uşaqlar üçün təhlükəli olan vəziyyət yaranmasın”
– Zaur Kərəmov deyir.
Marneulinin Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov yetərli
sayda olmayan uşaq bağçalarını ən böyük problemlərdən biri kimi
qeyd edir. Ona görə də bu il qruplar yalnız 30%-ə qədər dolub.
“Çox kəndlərdə uşaq bağçası yoxdur və Araflıdan,
İmirdən, Bəylərdən uşaqlar Saimerloya, Sereteliə və ya şəhərə
gəlirlər. Bu bizim üçün böyük problemdir. Düşünürəm ki, 2-3 ilə bu
problemlər həll olunacaq” - Kərəmov deyir.
Kərəmovun sözlərinə görə Marneuli bələdiyyəsinin Şulaveri kəndində
yaxın gələcəkdə yeni, müasir standartlara cavab verən bağçanın
tikintisi planlaşdırılır və bağça 5 qrup üçün nəzərdə tutulacaq.
Marneuli miqyasında indiki mərhələdə 14 uşaq bağçası fəaliyyət
göstərir.