"Fərqli məktəb alınıb" – Təhsil nazirinin müavini Marneulidəki məktəb barədə
Bu gün, 18 aprel tarixində Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Natia Zedqinidze Marneulidə qonaq olub və Kvemo Kartli qubernatoru, eləcə də yerli hakimiyyət nümayəndələri ilə birgə yeni tikilmiş 1 saylı ictimai məktəbə baxış keçiriblər. Qonaqlar yeni tədris müəssisəsini fərqli arxitektura layihəsinə görə dəyərləndiriblər.

“Fəqrli, xüsusi layihəni gördük, mən deyərdim başqa məktəblərlə müqayisədə fərqli məktəb olub. Bu regionda bir çox məktəbin inşası planlaşdırılır ki, biz bu səlahiyyəti Bələdiyyələrin İnkişafı Fonduna verdik. Eləcə də yerli hakimiyyətlə əməkdaşlıq edirik, və kiçik bərpa işləri aparılacaq məktəblərin siyahısı da hazırlanıb” – Natia Zedqinidze deyir.



Kvemo Kartli qubernatoru Şota Rexviaşvili qeyd etdi ki, təhsil baxımından fəal olaraq çalışırlar və bunu həyata keçirilən layihələr də təsdiqləyir.

“Bu il müxtəlif istiqamətlərdə yerli büdcə, Regional İnkişaf Fondu, Dövlət Büdcəsi və Bələdiyyənin İnkişafı Fondundan Kvemo Kartlidə 106 məktəbdə bərpa işləri həyata keçiriləcək. Ümumilikdə 16 ictimai məktəbin yeni binası olacaq” – Şota Rexviaşvili deyir.

Yeni məktəbin inşasını Marneulinin mer vəzifəsini yerinə yetirən Zaur Tabatadze əhəmiyyətli olaraq dəyərləndirdi və qeyd etdi ki, oxşar layihələrin həyata keçirilməsini dəstəkləyirlər.



1 saylı ictimai məktəb illərdir ki, Marneulinin 8 saylı ictimai məktəbinə sığınıb. Məktəbin inşası üçün tender təqribən 5 dəfə baş tutmayıb. Tədris müəssisəsinin direktoru Ketevan Merabişvili böyük gözlənti ilə yeni tədris ilinin başlamasını gözləyir. Onlar artıq 400-ə yaxın şagird qəbul edə biləcəklər.

İnşası milyon laridən artıq vəsaitə başa gələn məktəbdə hazırda boyama və daxili işlər aparılır.

Məktəb xüsusi təhsil ehtiyacları olan şagirdlərə uyğunlaşdırılıb, yeni məktəb ləvazimatları, təbiətşünaslıq laboratoriyası ilə təmin olunub, açıq idman meydançası, həkim kabineti, yanğından mühafizə sistemi də yaradılacaq.

Print Email
FaceBook Twitter Google