Marneulili pedaqoqlar təqaüd yaşında olan müəllimlərə Təhsil Nazirliyinim təklifini necə qəbul edib
Mükafat olaraq 2 illik əmək haqqı və ömrünün sonuna qədər sağlamlıq
sığrotası – Təhsil nazirinin fənn imtahanını vermək istəməyən və ya
verə bilməyən təqaüdçü müəllimlərə təklifi var. Marneulili Maya
Məmmədova 68 yaşındadır. İllərdir Marneulinin 1 saylı ictimai
məktəbində tarix müəllimi olaraq çalışır. Təhsil Nazirliyinin yeni
təşəbbüsü haqqında artıq məlumatı var, ancaq məktəbi tərk etməyi
planlaşdırmır.
“Mənim bu qanun xoşuma gəlmir. Çünki anidən başladılar.
Yaş kateqoriyası olmalıdır, məsələn, hökumət desin ki, 75 yaşdan
sonra siz azadsınız. Yəni dəqiq bilməliyik 60, 70 və 75 yaşında
azad məktəbdən olacağıq. Bilirəm ki, məni həmkarlarımın da bu qanun
xoşuna gəlmir. Elə pedaqoqlar var ki, həqiqətən də 80 yaşı ötüblər
və yeriyə bilmirlər. Mən şəxsən hələ ki, öyrədə
bilirəm” – Maya Məmmədova deyir.
Məmmədovadan fərqli olaraq 1 saylı ictimai məktəin direktoru Keti
Merabişvili hesab edir ki, nazirliyin təqaüdçülərə etdiyi təşəbbüs
yaxşı imkandır.
“Mən məsələn alqışlayıram,təqaüdçü müəllimlərin
istifadə etmək üçün yaxşı imkanları var. Əlbəttə əgər istifadə
edəcəklərsə. İstəməslər imtahan vermək hüquqları da var, qeydiyyat
ola bilərlər. Qeydiyyat artıq başlayıb və 24 maya qədər davam
edəcək” – Ketevan Merabşvili deyir.
Yeniliyin tərəfdarlarından biri də Tserakvi ictimai məktəbinin
direktoru Salome Mağaşvildir. Onun sözlərinə görə, müəllimlər bu
yenilik haqqında artıq məlumat alıblar.
“Bizim məktəbdə 11 müəllimdən təqribən altısı təqaüd
yaşındadır. Məlumata görə tərəfdarlar da var. Hələ ki, getməkl
əbağlı dəqiq qərar heç kim deməyib və hazırlıq prosesindədirlər.
Mən də düçünrəm ki, Təhsil Nazirliyi tərəfindən məktəblərə yaxşı
təşəbbüsdür” – Salome Mağaşvili deyir.
Marneuli mqiyasında neçə təqaüd yaşlı müəllim var bu haqda Marneuli
Resurs Mərkəzinin məlumatı yoxdur, ancaq bizimlə söhbət zamanı
Marneuli Resurs Mərkəzinin rəhbəri Kənan Ömərovun dediyinə görə,
əksəriyyət təqaüd yaşındadır. Onun sözlərinə görə məktəblərdə
nəsillərin dəyişməsi vacibdir.
Təshil Nazirliyinin məlumatına görə mükafat olaraq iki illik əmək
haqqı təqaüd yaşına çatmış, imtahan vermək istəməyən və ya
imtahandan kəsilən, yaxud təkrar imtahanı verə bilməyən təcrübəçi
müəllimlərə aiddir. Onlar 2019-cu ilin sonuna qədər mükafat almaq
istəklərini bildirməlidirlər. Dövlət mükafatının verilməsi 2019-cu
ilin sentyabrından başlayacaq.