Kürtlər ictimai məktəbində "Son Zəng" şənliyi keçirildi (VİDEO/FOTO)
Bu
gün, 22 may tarixində Kürtlər ictimai məktəbində "Son Zəng" şənliyi
keçirildi. Konsert tədbirində müəllimlər, şagirdlər, qonaqlar və
kənd sakinləri iştirak edirdilər.
Bu
il məktəbi 4 oğlan, 4 qız bitirərək məzun oldular. Şagirdlər həm
sevincli həmdə kədərli idilər. Sevinirdilər ona görə ki, 12 illik
təhsil aldıqları məktəbi bitirərək müstəqil həyata qədəm
qoyurdular. Kədərlənirdilər ona görə ki, məktəbdəki dostlarından,
müəllimlərindən ayrılırdılar. Məzunların əsas arzuları ali məktəbə
qəbul olmaqdır.
Məktəb şagirdləri məzunlar üçün bir-birindən maraqlı səhnəciklər və
rəqslər hazırlamışdılar. Son zəngdə ən yadda qalan məqam məzunların
rəqs etmələri oldu.
Məktəbə yeni təyin olunan məktəb direktoru Gülbəyaz Bələgəzova
məzunları bu gün münasibəti ilə təbrik edərək, onlara uğurlar arzu
etdi.
"Son Zəng" şənliyi məktəb şagirdlərinin hazırladığı çıxışlarla başa
çatdı və 12-ci sinif şagirdləri son zəng sədaları altında məktəbə
əlvida deyərək müstəqil həyata qədəm qoydular.