Təqaüd yaşında olan bir neçə yüz pedaqoq imtahan vermək əvəzinə 2 illik əmək haqqını tələb edib və peşəsini tərk edir
Bir neçə yüz nəfər təqaüd yaşlı pedaqoq müəllim mükafatını almaq istəyini bildirib. Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzinin rəhbəri sopo Qorqadzenin brifinqdə bildirdiyinə görə, imtahan qeydiyyatından keçmək əvəzinə təqaüd yaşda olan müəllimlər qeydiyyatı ləğv etməyi tələb ediblər.

“Qeydiyyat keçmələrinə baxmayaraq təqaüd yaşında olan müəllimlərin seçmi var. İmtahana qeydiyyat olmaq könüllüdür, onlar 2 il ərində xidmətlərinə görə maaş olaraq mükafat tələb edə bilərlər və ya imtahan verə bilər, minimal kompetensiyanı təsdiqləyə bilərlər. Onlar imtahandan sonra və nəticələri bildikdən sonra da mükafat tələb edə bilərlər.

Son günlərdə qaynar xəttə zənglər fəallaşıb. Təqaüd yaşlı müəllimlər qeydiyyatdan keçdikdən sonra fikrilərini dəyişiblər və qeydiyyatı ləğv etmək istəyirlər. Çünki mükafat almaq isətklərini bildirdilər və imtahan vermək istəmirlər. Təəssüf ki, asan telefon zəngi vasitəsilə biz qeydiyyatı ləğv edə bilmirik, ona görə də onlardan xahiş edirik ki, qeydiyyatı ləğv etdirmək istəyirlərsə veb-səhifədə asan ərizə forması var, onu doldursunlar ə resurs mərkəzlərə versinlər. Formanı oradan biz alacağıq və qydiyyatı ləğv edəcəyik”
- Qorqodze bildirib.

Mükafatın qeydiyyatına gəldikdə isə Qorqodze bildirib ki, qeydiyyat Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzində olmur.

“Bu haqda məktəb və resurs mərkəzlərə müraciət etsinlər və ayrı qeydiyyatdan keçsinlər. Qeydiyyatın ləğv olunmasını yüzlərlə müəllim tələb edir” – Qorqodze bildirib.

Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzinin məlumatına görə, sabah, saat 18:00-a qədər qeydiyyatın ləğv olunması halında müəllimlik istəyi olanların 50 larisi geri qaytarılacaq. Belə ki, mərkəzin məlumatına görə, təcrübəçi müəllimlər üçün imtahan pulsuzdur.

Sopio Qorqadzenın açıqlamasına görə müəllimlər imtahanı iyulun birinci yarısında keçiriləcək və tarixlər sonradan yayımlanacaq.

Qorqadzenin dediyinə görə,imtahan məsələlərinə dəyişiklik daxil edilməyib.

“Proqramlar bizim veb-səhifədə durur. Müəllimlər imtahanının formatında və məzmununda xüsusi yeniliklər yoxdur. Keçid minimal kompetensiyanı təsdiq etməkdir və müəllim əvvəl olduğu kimi 1,4,7 kredit toplaya bilər. Ancaq yeni gələn üçün bu maneə fərqli olacaq, onun üçün keçən il 60% və daha artı bal idi. Bu il ballar hələ yayımlanmayıb və bu keçidlər də yaxın günlərdə məlum olacaq. Müəllimlər iki test verəcəklər – ümumi bacarıqlar və fənn imtahanı. Təcrübəçi müəllimlər birini və digərini də verə bilrələr, amma peşəyə daxil olanlar yalnız fənn imtahanı verir” – Qorqodze izah edib.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google