Nazirlik: Bu il qeyri-gürcü dilli məktəblər yeni dərsliklər əldə edəcəklər
12:38 / 11.06.2019
Təhsil Nazirliyi dərsliklərin nəşr edilməsi
ilə bağlı tender elan edib. I-VI sinifin 1 817 800 kitab və
dəftərinə,
eləcə də VIII-XII sinifin 355 160 kitab və
məktəb dəftərinə 7 milyon 790 239 lari xərclənəcək.
Nazirliyin məlumatına görə, yeni tədris ilindən yenilənmiş
dərsliklər yeddinci sinif şagirdləri üçün də nəşr olunacaq,
VIII-XII siniflər isə yenə də köhnə dərsliklərlə təhsil
alacaqlar.
Gürcüstanın Təhsil Nazirliyindən Batumelebi-yə deyiblər ki, 2019-cu
ildə yeni dərsliklər qeyri-gürcü dilli məktəblər üçün də nəşr
olunacaq.
Nazirliyin məktəbəqədər və ümumtəhsilin inkişafı departamentinin
rəhbər müavini Eka Lejava deyir ki, yeni dərsliklər qeyri-gürcü
dilli məktəblərə birincidən altıncı sinifə qədər veriləcək.
“Bu yenilənmiş, yeni milli planla nəzərdə tutulmuş
dərsliklər olacaq. Üç dildə nəşr olunub: Erməni, azərbaycan və rus
dilində. Gürcü dili və ədəbiyyatı dərslikləri də
yenilənəcək” – Eka Lejava deyir.
QHT “Mülki İnteqrasiya və Millətlərarası Əlaqələr Mərkəzinin”
məlumatına görə, 2013-cü ilin araşdırmasına əsasən Gürcüstanda 213
qeyri-gürcü dilli məktəb və 77 sektor var. Bundan 85 məktəb tam
azərbaycan dillidir, 11 rus dilli, 117 isə erməni dillidir. Bu
məktəblərdə 2014-cü ilin göstəricilərinə görə 60 minə yaxın şagird
oxuyur.
Yenilənmiş dərslikləri qeyri-gürcü dilli məktəblərdə hələ keçən
ildən daxil olmalı idi. Ancaq tender pozuldu və ona görə də
dərsliklər nəşr olunmadı.
Mənbə:
batumelebi.netgazeti.ge