“SOCAR” təhsil haqqını ödəməyə davam edəcək yayılan məlumatlar yanlışdır - FOTO
Ötən gün sosial şəbəkədə “SOCAR Georgia”-nın bu il dövlət universitetlərinə qəbul olan tələbələrin təhsil haqqını ödəməyəcəyi ilə bağlı məlumat paylaşılmışdı.

Sosial şəbəkədə paylaşılmış WhatsApp ekran görüntüsündə “SOCAR”-ın Gürcüstandakı nümayəndəliyinin əməkdaşı Faiq Hüseynovla bir tələbə arasında olan yazışmanı görmək olurdu. Qısa mesaj zamanı F.Huseynovun “SOCAR”-da yetərli büdcə olmadığından bu ildən etibarən ödənişlərdə dəyişiklik olduğu və yalnız 2018-ci ildə dövlət universitetinə qəbul olanların təhsil haqlarının ödənəcəyi qeyd olunub. Məsələyə aydınlıq gətirmək üçün “Marneuli” radiosu “SOCAR”-ın Gürcüstan Gürcüstandakı nümayəndəliyinin əməkdaşı Faiq Hüseynovla əlaqə saxladı.

Məlumatı təkzib edən F.Hüseynov bildirdi ki, yazılanlar yalan məlumatdır və onun bu haqda xəbəri yoxdur.

“Bu sadəcə vicdansızlıqdır. Bu məlumatı yayan kimdir? Hansı tələbədir? Biz bu məlumatı paylaşan şəxsi axtarırıq. Mən bu gün 1700 tələbədən heç olmazsa 300 nəfərə məlumat vermişəm və o şəxsin tapılmasını istəyirəm”, – Faiq Hüseynov dedi.

Yeni tədris ilinin bu gün başladığını deyən Hüseynov tələbələrə müraciət edərək yanlış məlumatlara inanmamalarını söylədi.

“Mən o yazını paylaşmamışam. Bizə ödənişlə bağlı hələ ki, heç bir məlumat daxil olmayıb. Biz tələbələri sevmişik, sevirik və daima onların qayğısını çəkəcəyik”, – Faiq Hüseynov qeyd etdi.

O, həmçinin əlavə etdi ki, hər il olduğu kimi, bu il də ödənişlər olacaq və təhsil haqqının ödənişi ilə bağlı hər hansı məlumat olduğunda bu barədə tələbələrə xəbərdarlıq ediləcək.




Print Email
FaceBook Twitter Google