Xəbərlər
Marneulidə məktəb direktoru yeniyetmənin nişanlanmasına reaksiya göstərməyib

Marneuli bələdiyyəsinin Aşağı Saral ictimai məktəbində 16 yaşlı qızın nişanlanması faktı qeydə alınıb.

Bu haqda məlumatı "Marneuli" radiosuna həmin kəndin sakini verib. Məktəb direktoru Nana Pakeliani bu məlumatı haradan bildiyimizə təəccübləndi, ancaq faktı etiraf etdi və dedi ki, qız yay tətili zamanı nişanlanıb və buna görə reaksiya göstərməyə ehtiyac görmür.

“Müdaxilə edə bilmədim, həm də valideynləri dedilər ki, məktəbi tamamlayacaq, nə deyəydim? Qız həmişəki kimi dərsə gəlir. O, nişanlıdır, evlənəcəyi adamla yaşamır, qanunla dərsə gəlsə, oxusa və məktəbi bitirsə, adi rejimdə attestat ala bilər. Tətildən qayıdanda dedilər nişanlanıb. Məktəbə gəlir, evlənib getməyib, toy olmayıb”, - Nana Pakeliani dedi.

Bu gün həddi-büluğa çatmamış şəxsin sinfində də olduq, qız dərsdə deyildi. Dərsə gəlməmə səbəbi olaraq isə sinif yoldaşları ailə işlərini qeyd etdilər.

Şagird – Bu gün gəlməyib müəllim.

Direktor – Dünən gəlmişdi?

Şagird – Bəli, müəllim.

Direktor – Bu gün niyə yoxdur, gələcəkmi?

Şagird – Yox, işləyirlər.

Direktor – Harada işləyirlər, tarlada?

Şagird – Bəli.



Nişanlı qızın sinfində siyahıda 11 şagird var. Biz sinif jurnalında həddi-büluğa çatmamış qızın dərsdə iştirakını da yoxladıq. O, 16 sentyabrdan bu günə kimi 6 dəfə dərsdə olmayıb. Ancaq bugünkü “qayıb”ı müəllim qeyd etməyib. Qeyd edilməlidir ki, onun çox yüksək balları var. Məktəb direktoru təsdiq edir ki, belə hallar məktəbdə tez-tez olmur və erkən evliliklər keçmişdə olurdu.

Xalq Müdafiəçisinin gender üzrə Kvemo Kartli üzrə regional nümayəndəsi Mariam Qvidiani konkret hadisəni qiymətləndirmədi, ancaq nişanlanma faktları ilə bağlı ümumi müzakirə etdi və dedi ki, məktəblərdən müraciət etmə mexanizmi zəifdir.

“Nişanlanma bildiyimiz kimi, cinayət məcəlləsi ilə cəzalandırılmır, ancaq Xalq Müdafiəçisi hesab edir ki, qızların nişanlanması bir növ diskriminasiyadır və biz düşünürük ki, nişanlanma hallarında da qızların müəyyən hərəkətləri məhdudlaşdırılır. Onların başqa yerə getmək, qərar qəbul etmək kimi hüquqları məhdudlaşdırıla bilər. Xalq Müadifəçisi hesab edir ki, bu faktlar aradan qaldırılmalıdır”, - Mariam Qvidiani dedi.

Mariam Qvidiani deyir ki, nişanlanma hallarına məktəb reaksiya göstərməlidir.

“Biz hesab edirik ki, nişanlanma halları araşdırılmalıdır və məktəb nişanlanma hallarına reaksiya göstərməlidir, bu prosedura riayət etməlidir və şübhə olan halda ki, uşaq məktəbə gəlmir, neçə gündür gözə dəymir və səbəbini bilmiriksə, məktəb şagiridn vəziyyəti haqda məlumatlı ola bilər. Əgər səbəb olaraq nişanlandığı aşkar olarsa, mütləq Sosial Agentliyə müraciət etməlidir və əgər məcburiyyətin olması ilə bağlı şübhə varsa, bu halda polisə də bildirməlidir”, - Mariam Qvidiani dedi.

DİN-nin 2018-ci ilin 9 ayı ərzində olan göstəricisinə əsasən erkən evliliklə bağlı ən yüksək göstərici Marneulidədir. Faktla bağlı müraciət etməklə bağlı ən aşağı göstərici isə məktəblərdə qeydə alınır (3%). Məktəb rəhbərliyi çox hallarda bu kimi məsələləri gizlədir.

2016-cı ildən məktəblərdə uşaqların qorunması üçün müarciət etmə mexanizmi qüvvədədir. Mexanizmin məqsədi ailədə və ondan kənarda uşağın hər hansı zorakılıqdan qorunmasına, müraciət prosedurlarının faydalı sistem olaraq formalaşdırılması yolu ilə dəstək olmaqdır. Təhsil Nazirliyindən bildirirlər ki, əgər həddi-büluğa çatmamış şəxs evlənirsə/nikaha daxil olursa, məktəb bu haqda Sosial Xidmət Agentliyinə və Daxili İşlər Nazirliyinə bildirməyə məcburdur. Bu faktların monitorinqini və statsitikasını artıq bir neçə ildir ki, Təhsilin İdarəsi üzrə Məlumat Mərkəzi həyata keçirir.


 

FaceBook Twitter Google