Ümumtəhsil məktəblərinin 30 000-ə qədər pedaqoqunun maaşı artıb
Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin məlumatına görə, ümumi məktəblərin 30 000-ə qədər pedaqoqu 150 lari artırılmış maaşı alıb.

“Təhsil sisteminin kompleks islahatı çərçivəsində, ümumi təhsilin keyfiyyətinin artırılması məqsədi ilə, məktəblərdə bir çox əhəmiyyətli dəyişikliklər həyata keçirilib. Nazirliyin strategiyası ilə müəllim peşəsi ölkədə ən nüfuzlu və ən hörmətli peşələrdən biri olmalıdır və buna nail olmaq üçün daha yüksək peşəkarlıq və daha çox maliyyə resursu lazımdır.

İslahat çərçivəsində, maaşların artırılması, məktəb pedaqoqların peşəkarlığının təsdiqlənməsi və statusunun artırılması ilə birbaşa bağlıdır. Müvafiq olaraq, 2019-cu ilin oktyabr ayından pedaqoqların maaşlarının artırılması prosesi başlayıb ki, bu proses də 2020-ci ilə qədər davam edəcək və yekunda müəllimlərin orta aylıq maaşı 1500-1800 lari olacaq.

İlk mərhələdə, əməkdar və aparıcı statusu və 15 saatlıq dərs rejimi olan müəllimlərin maaşı 150 lari artırılıb”,
– Nazirliyin bəyanatında deyilir.

Tam dərs saatları ilə işləyən müəllimlərin maaşı belə olacaq:

Əməkdar müəllim – 1011 lari, aparıcı müəllim – 1435 lari, mentor müəllim – 1745 lari.

15 dərs saatından az saatları olan müəllimlərin maaşları isə 100 lari artacaq.

“İlin sonuna qədər statuslarını artıran müəllimlərin maaşları da müvafiq şəkildə ilin sonuna qədər artacaq”, – Təhsil Nazirliyindən bildirirlər.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google