Marneulidə “Nizami Gəncəvi və Şota Rustaveli” adlı tədbir keçirildi (FOTO)
Bu gün, 31 oktyabr tarixində Marneulidə “Nizami Gəncəvi və Şota Rustaveli” adlı tədbir keçirildi.

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşəbbüsü ilə baş tutan tədbirdə dahi Azərbaycan mütəfəkkiri, yazıçısı Nizami Gəncəvinin və görkəmli gürcü şairi, yazarı Şota Rustavelinin həyat və yaradıcılıqlarından söhbət açıldı. Tədbirdə gənclər gürcü və azərbaycan dillərində dahi şəxsiyyətlərin əsərlərindən parçalar səsləndirdilər.

Tədbiri giriş sözü ilə açan “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”-nin idarə heyyətinin sədri Murad Muradov bildirdi ki, bu cür tədbirlər davamlı şəkildə keçiriləcək və hər iki xalqın dahi şəxsiyyətlərininin həyat və yaradıcılığı haqda gənclərə məlumat veriləcək.

Daha sonra mərkəzin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Fatma Əliyeva və gürcü dili ədəbiyyat müəlliməsi Leyla Babayeva çıxışlar edərək gürcü və azərbaycan dilində ədiblərin həyat və yaradıcılıqları haqda tədbir iştirakçılarına məlumat verdilər.

"Marneuli" radiosu ilə söhbəti zamanı Murad Muradov bildirdi ki, gələcəkdə Azərbaycanlı gənclər ilə yanaşı gürcü gəncləri də bu cür layihələrə dəvət etməyi düşünürlər.

"Biz hesab edirik ki, bu cür tədbirlər azərbaycan və gürcü dilində təqdim olunsun və hər iki xalq daha da biri-birinə yaxınlaşsın. Mədəniyyətlər hər iki xalqı daha da biri-birinə yaxın etsin. Biz düşünürük ki, bu cür tədbirlər davamlı şəkildə həyata keçirək. Bu cür tədbirlərin keçirilməsi hər iki cəmiyyətin gənləri dahi şəxsiyyətləri tanımış olurlar və bizdə çalışırıq ki, gənclərə bu cür təqdim edək", - Murad Muradov dedi.

Tədbirdə Tbilisidən, Marneulidən, Bolnisidən gələn ziyalılar, tələbələr, şagirdlər, məktəb müəllimləri və maraqlanan şəxslər iştirak edirdilər.

Tədbirin sonunda Müslüm Maqomayevin baş rolda çəkildiyi "Nizami" filmindən fraqmentlər nümayiş etdirildi, onun ifasında "Sənsiz" romanını tamaşaçıların diqqətinə çatdırıldı. "Sənsiz" romanının bəstəkarı dahi Üzeyir Hacıbəyova, sözləri isə Nizami Gəncəviyə məxsusdur.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google