Xəbərlər
“Çayna Reylvey Ekspress” qatarı Avropaya yaxınlaşır
Çindən Avropaya doğru gedən ilk yük qatarı artıq Bosfor Bağazı tunelini keçib.
“Çayna Reylvey Ekspress” qatarı Çinin Şiani şəhərindən yola çıxıb.  21 vaqondan ibarət olan qatarın uzunluğu 820 metrdir.

Qatar 42 konteyner daşıyır.

12 gün ərzində, yük qatarı 10 ölkəni keçməli və 11.5 kilometri dəf etməlidir. Qatarın gedəcəyi son nöqtə Çexiyanın paytaxtı Praqadır.

Qeyd olunan layihə “Dəmir İpək Yolu” adı ilə tanınır. Bakı-Tbilisi-Qars dəmiryolu xətti qeyd olunan layihənin daxilindədir.

Mənbə: Birinci Kanal
FaceBook Twitter Google