Koronavirusa görə məktəblərdə yaz tətili 9 mart əvəzinə 2 martda başlayacaq
Bu gün Gürcüstan baş nazirinin rəhbərliyi ilə koronovirusla bağlı yaradılmış İdarələrarası Koordinasiya Şurasının növbəti iclası keçirilib.

İclasda Səhiyyə Nazirliyinin tövsiyəsi əsasında məktəblərdə profilaktika məqsədi ilə dezinfeksiya işlərinin aparılması barədə koordinasiyalı şəkildə qərar qəbul edilib.

Bütün məktəblərin dezinfeksiya üçün kifayət qədər zamanı olması üçün məktəblərdə yaz tətili 9 mart əvəzinə 2 martdan başlayacaq və 16 martadək davam edəcək.

Bundan başqa Koordinasiya Şurasının iclasında alınmış qərara görə, ictimai nəqliyyat və uşaq bağçalarında da dezinfeksiya işləri gücləndiriləcək.

Müvafiq xidmətlər, o cümlədən Tbilisi meriyası nəzdində mövcud xidmətlər artıq tapşırıqları alıblar.

Səhiyyə Nazirliyi və müvafiq idarələr fəal işləri koordinasiyalı şəkildə davam etdirəcəklər. Səhiyyə naziri Koordinasiya Şurasına yoluxmuş şəxslərlə bağlı məlumat verib və qeyd edib ki, hazırda karantində 170 nəfər var.

İdarələrarası Koordinasiya Şurası karantindəki şəxslərə yüksək ictimai məsuliyyətlə hərəkət etdiklərinə və Səhiyyə Nazirliyinin tövsiyələrinə əməl etdiklərinə görə təəşəkkür edib.

Şuranın iclasında bir daha vurğulandı ki, təşvişə əsas yoxdur, Gürcüstan hökuməti Ümumdünya Səhiyyə Təşkilatı ilə fəal əməkdaşlıq edir və proseslərə tam nəzarət edir.

Koordinasiya Şurasının bugünkü iclasında Parlamentin Səhiyyə və Sosial Məsələlər Komitəsinin sədri Dimitri Xundadze və Tbilisi merinin müavini Sofo Xuntsaria da iştirak edirdilər.

Mənbə: bm.ge
Print