რეკლამა
Yüksək balla
“Açıq Universitetə” qəbul ol və pulsuz təhsil al
– Gürcüstanda akkreditasiyadan keçmiş, illər ərzində
abituriyentlərə və tələbələrə yüksək keyfiyyətli akademik təhsil
təklif edən “Açıq Universitet” yeni təşəbbüs irəli sürüb.
Etnik azlıqların gürcü cəmiyyətinə inteqrasiyasında əsas
maneələrdən biri kimi gürcü dilini bilməməyi qeyd edirlər.
Şagirdlər dövlət dilini 12 il ərzində öyrənirlər, ancaq demək olar
ki, əksəriyyəti lazımi şəkildə danışa bilmir.
Gənclər tələbə statusu ilə dili yenidən öyrənməli olurlar. Onlar
“1+4” proqramı ilə universitetlərə qəbul olan zaman bir il ərzində
gürcü dilini öyrənirlər.
Tbilisidə yerləşən “
Açıq
Universitet” illər ərzində etnik azlıqlara gürcü dilini
effektiv şəkildə öyrənməyə imkan yaradacaq yeni təhsil sisteminin
tətbiqi üzərində çalışırdı. Həmin sistem etnik azlıqlara təhsil
prosesi zamanı seçdikləri ixtisası mənimsəməkdə dəstək olacaq və
eləcə də real işlə təmin olunmaq imkanı verəcək.
İşlə təmin edilmə bazarında isə dövlət dili və ana dilini bilmək
onlara müəyyən üstünlük verəcəkdi.
Tbilisi Açıq Universitetinin gürcü dilinə hazırlıq üzrə təhsil
proqramı artıq hazırlanıb və proqramın məqsədi Gürcüstan vətəndaşı
olan qeyri-gürcü dilli tələbələrə gürcü dilli akademik məkana
inteqrasiya olmaqda və keyfiyyətli təhsil almaqda dəstək
olmaqdır.
Açıq Universitetin gürcü dilini öyrənmək proqramının hansı
üstünlükləri var?
• Proqram dillərin tədrisinə və mədəniyyətlərarası
təhsilin müasir yanaşmalarına uyğun olaraq hazırlanıb. Proqramın
dizaynı nitq ünsiyyəti bacarıqlarının linqvistik, sosiologiya və
praqmatik tərkibi üzərində çalışmanı nəzərdə tutur.
• Mövcud vəziyyətlərə və universitet həyatına tam qoşula, akademik
sahə mədəniyyəti ilə tanış ola və ali təhsil müəssisəsində təhsil
almaq bacarıqlarını inkişaf etdirmək mümkündür.
• Mövcud olan dərsliklərdən və təhsil resurslarından əlavə
proqramın işçi qrupu tərəfindən konkret olaraq Tbilisi Açıq
Universietinin baxışları və məqsədlərinə yönəlmiş dil tədris
materialları yaradılıb.'
• Proqram bakalavr pilləsindən əvvəl həyata keçirilir və əsas
məqsədi tələbələrin bakalavr pilləsinə hazırlanmasıdır.
Universitetdə qüvvədə olan bakalavr proqramlarının akademik heyəti
ilə əməkdaşlıq nəticəsində sahə üzrə dil tədris materialları
hazırlanıb və materialların metodoloji istiqaməti dil və fənnin
(məzmununun) inteqrasiya edilmiş şəkildə
öyrənilməsidir
.
Çoxmədəniyyətli mühit
• Gürcüstan kimi çoxmədəniyyətli mühitdə müxtəlif
mədəniyyət nümayəndələrinin bir-birinin mədəniyyəti haqqında
məlumat əldə etmək imkanının olması vacibdir.
• Bir-birinin mədəniyyətinə toxunmaqla öz mədəniyyətimizi
itirmirik, əksinə bir-birimiz haqqında məlumat əldə edirik,
təcrübəmizi yeni biliklərlə zənginləşdiririk.
• Tədris materiallarında bir tərəfdən məqsədli (bu halda – gürcü),
yüksək və mövcud mədəniyyət elementlərinin qoşulması, digər
tərəfdən isə tələbənin öz mədəniyyəti haqqında biliyini başqaları
ilə bölüşməyə həvəsləndirilməsi nəzərdə tutulub.
Açıq Universitet Gürcüstan vətəndaşı, etnik azlıq
nümayəndəsi olan qızların təhsil almasını dəstəkləyir və istəyir
ki, onların təhsil almasında öz töhfəsini versin.
Tbilisi Açıq Universiteti hesab edir ki, bu gün qızların təhsil
almaqla gücləndirilməsi yolu ilə xüsusi dəstəyə ehtiyacı var.
Müvafiq olaraq universitet hazırlıq və bakalavr pilləsində uğurlu
olan bir nəfər azərbaycanlı və bir nəfər erməni qızın təhsilini tam
maliyyələşdirəcək.
Təqaüd qazanmaq üçün şərtlər:
• Vahid milli imtahanlarda ümumi qabiliyyət üzrə
testlərdə ən yüksək qiymət qazanmaq, məktəb dövründə yüksək
akademik iştirak və fəallıqlara qoşulmaq.
• Hər tədris ilinin sonunda tələbənin akademik iştirakına baxış
keçiriləcək və əgər o, tədris planı ilə nəzərdə tutulmuş kreditləri
toplamayıbsa, maliyyələşdirmə dayandırılacaq;
• Müvafiq olaraq, maliyyələşdirməni həmin akademik pillənin və
tədris ilinin (kursun) başqa qeyri-gürcü dilli tələbəsi olan qız
qazanacaq.
თბილისის ღია უნივერსიტეტი