“Birinci Kanal – Təhsil” artıq efirdədir (VİDEO)
Yeni təhsil kanalı – “Birinci Kanal – Təhsil” artıq efirdədir.

Yeni təhsil kanalı üçün xüsusi olaraq loqo, dizaynı, yayım şəbəkəsi və “Teleməktəb” təhsil layihəsi yaradılıb.



Təhsil Nazirliyi və Gürcüstanın Birinci Kanalının birgə layihəsi “Teleməktəb” çərçivəsində martın 30-dan etibarən şagirdlərə tele-dərslər keçiləcək.



Təhsil Nazirliyi ilə birgə dərs cədvəli hazırlanıb.

Cədvəl siniflərə uyğun olaraq, milli tədris planında nəzərdə tutulmuş fənləri əhatə edir.



Tele-dərsləri müxtəlif fənlər üzrə ixtisaslı müəllimlər keçəcəklər. Dərslər həm gürcü, həm də qeyri- gürcü dilli (azərbaycan və erməni) sektorlarını əhatə edir.



Tele-dərslər surdo-tərcümə ilə təmin olunacaqlar. “Birinci Kanal - Təhsil”-in efirində “Abituriyent Saatı”-nın da fəaliyyətə başlaması planlaşdırılır.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google