2019-2020 tədris ilinin ikinci semestrinin materialları, güman ki,
Vahid Milli İmtahanlar testlərinə daxil edilməyəcək.
“InterpressNews”-un məlumatına görə, testlərə 12-ci sinif üçün
nəzərdə tutulan tədris materialının abituriyentlərin yalnız birinci
semestrdə öyrəndikləri qismi daxil ediləcək.
Bununla birlikdə testlər tələbənin ümumi biliklərinə
yönəldiləcək.
“InterpressNews”-un məlumatına görə, Təhsil, Elm, Mədəniyyət və
İdman Nazirliyi Milli Qiymətləndirmə və İmtahan Mərkəzi ilə
birlikdə məsələ üzərində işləyir.
İkinci semestrin proqramının testlərdən çıxarılmasının səbəbi
ölkədəki koronavirusla bağlı vəziyyətdir ki, buna görə bu günə
qədər təlim prosesini davam etdirmək mümkün olmayıb.
İmtahan həddinin aşağı salınmasına gəlincə, bu hələ
planlaşdırılmır.
Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Ekaterine
Dgebuadze “InterpressNews”-a müsahibəsində bildirib ki, “Təhsil
Nazirliyi bu vəziyyətdən irəli gələrək heç bir uşağın, heç bir
şagirdin hüququnun pozulmamasına və şagirdlərə heç bir təhsil
pilləsində problem yaranmamasına istiqamətlənib.”
“Bütün tələbələrin hüquqlarının qorunması üçün əlimizdən gələni
edirik. Müvafiq olaraq imtahanlar zamanı da abituriyentlərin
hüquqlarını qoruyacağıq. İmtahanlar zamanı hazırda ölkədə mövcud
olan bütün hallar nəzərə alınacaq", – Dqebuadze deyib.
Onun sözlərinə görə, Vahid Milli İmtahanların qeydiyyatının təxirə
salınmasına baxmayaraq imtahan müddəti təxirə salınmayacaq və iyul
ayında keçiriləcək.
Mənbə:
İnterPressNews