Vahid Milli İmtahanlarda testlərdə ikinci semestrin materialları olmayacaq

 



2019-2020 tədris ilinin ikinci semestrinin materialları, güman ki, Vahid Milli İmtahanlar testlərinə daxil edilməyəcək.

“InterpressNews”-un məlumatına görə, testlərə 12-ci sinif üçün nəzərdə tutulan tədris materialının abituriyentlərin yalnız birinci semestrdə öyrəndikləri qismi daxil ediləcək.

Bununla birlikdə testlər tələbənin ümumi biliklərinə yönəldiləcək.

“InterpressNews”-un məlumatına görə, Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi Milli Qiymətləndirmə və İmtahan Mərkəzi ilə birlikdə məsələ üzərində işləyir.

İkinci semestrin proqramının testlərdən çıxarılmasının səbəbi ölkədəki koronavirusla bağlı vəziyyətdir ki, buna görə bu günə qədər təlim prosesini davam etdirmək mümkün olmayıb.

İmtahan həddinin aşağı salınmasına gəlincə, bu hələ planlaşdırılmır.

Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Ekaterine Dgebuadze “InterpressNews”-a müsahibəsində bildirib ki, “Təhsil Nazirliyi bu vəziyyətdən irəli gələrək heç bir uşağın, heç bir şagirdin hüququnun pozulmamasına və şagirdlərə heç bir təhsil pilləsində problem yaranmamasına istiqamətlənib.”

“Bütün tələbələrin hüquqlarının qorunması üçün əlimizdən gələni edirik. Müvafiq olaraq imtahanlar zamanı da abituriyentlərin hüquqlarını qoruyacağıq. İmtahanlar zamanı hazırda ölkədə mövcud olan bütün hallar nəzərə alınacaq", – Dqebuadze deyib.

Onun sözlərinə görə, Vahid Milli İmtahanların qeydiyyatının təxirə salınmasına baxmayaraq imtahan müddəti təxirə salınmayacaq və iyul ayında keçiriləcək.

Mənbə: İnterPressNews

 

Print