Xəbərlər
Semestr itirilməyəcək – Təhsil naziri


Gürcüstanın təhsil naziri Mixeil Çxenkelinin sözlərinə görə, 2020-ci il semestri itirilməyəcək. Bu barədə nazir bu gün, 6 aprel tarixində açıqlayıb.

"Tele-məktəbi və onlayn dərslər bu semestrin mütləq baş tutmasına və itirilməməsinə imkan verir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Gürcüstanı koronavirusun təhsil baxımından yaratdığı çətinliklərin öhdəsindən gəlinməsi istiqamətində dünyanın ən yaxşı ölkələrindən biri kimi dəyərləndirən çərçivə sənədini yayımlayıb.

Bu sənəddə Gürcüstanda Təhsil Nazirliyi tərəfindən görülən bütün tədbirlər və xüsusilə Təhsil Nazirliyinin Gürcüstanın Birinci Kanalı ilə birlikdə həyata keçirdiyi mühüm layihə – “Tele-məktəb” layihəsi, layihənin hamı üçün nəzərdə tutulması, əlçatanlığı təfərrüatları ilə izah olunub.

Bu sənəd ayrıca olaraq distant təhsil fəaliyyətlərini, xüsusilə məktəblərin distant təhsil üçün istifadə etdiyi proqramları da ətraflı əks etdirir”, – Mixeil Çxenkeli deyib.

Nazirin sözlərinə görə, bu mərhələdə milli imtahanların formatının və ya tarixlərinin dəyişdirilməsi məsələsi müzakirə olunmur.



FaceBook Twitter Google