Onlayn dərs proqramının quraşdırılmasında çətinlik çəkən müəllim və şagirdlərə telefon proqramisti kömək edəcək
Marneulili 30 yaşlı Ramin Acalov bazar ərazisində yerləşən köşklərin birində telefon proqramisti işləyir. O, koronavirusa görə distant rejimdə keçirilən dərs zamanı proqramların quraşdırılmasında çətinlik çəkən məktəb şagirdlərinə və müəllimlərinə təmmənasız kömək etmək istəyir.

Acalov bizimlə söhbəti zamanı dedi ki, əgər kimsə onlayn dərslərin keçirilməsi zamanı proqramların quraşdırılmasında hər hansı çətinlik çəkirsə ona müraciət edə bilərlər. O, könüllü olaraq onlara hər cür dəstək göstərəcək.

Ramin Acalova müraciət etmək istəyənlər “Facebook” üzərindən və +995 593242627 telefon nömrəsindən əlaqə saxlaya bilərlər.

"Marneuli" Radiosu
Print