Vahid Milli İmtahanlar üçün sınaq imtahanı (6 may)
Marneuli rayonunun Daştəpə və Sadaxlı kəndindən olan iki dost İsmayıl Məmmədov və Nurlan Zeynalov Vahid Milli İmtahanlar üçün sınaq imtahanı hazırlayıblar. Onlar və onlar kimi yüzlərlə abituriyent ölkədə olan koronavirusla bağlı vəziyyətə görə qəbul imtahanlarına hazırlaşmaqda çətinlik çəkirlər. Yad olan onlayn tədris onlar üçün o qədər də əlverişli deyil.

“Artıq mən özüm də hiss edirdim ki, yavaş-yavaş zəifləmə var, misal-məsələləri əvvəlki kimi həll edə bilmirəm, imtahandan soyuyuram və s. Hətta hər il Marneulidə keçirilən sınaq imtahanı belə bu il keçirilmədi. Amma bir müddət əvvəl Elmar Hacıyev tərəfindən hazırlanmış bir sınaq imtahanı çıxdı qarşıma (burdan Elmara da minnətdarlığımı bildirirəm) və qatıldım”, – İsmayıl Məmmədov dedi.



"Mən bu il İvane Cavaxashvili adına universitetinin hazırlıq tələbəsiyəm və ikinci semestr imtahanlarına hazırlaşıram. Bununla yanaşı qəbul imtahanına yenidən hazırlaşıram. Gürcüstanda koronavirusa görə hamının da bildiyi kimi universitetlər və hazırlıq kursları bağlanıb. Mən keçən il də hazırlaşdığım üçün qəbul imtahanına hazırlaşmaq o qədər də çətin olmadı, evdə özüm hazırlaşdım. Amma universitet imtahanlarına hazırlaşmağa az-çox təsir göstərdi. Davamiyyəti olaraq online dərslərimiz olur, lektorlar da əllərindən gələni edirlər. Amma bunu anladım ki, Gürcü dilini öyrənmək üçün praktika şərtdir!" - Vüqar İlyasov dedi.





Qeyd edək ki, sınaq imtahanı 80 (40 verbal, 40 riyazi) sualdan ibarət olacaq və 6 may saat 16:00 da “Facebook”da “Borçalı tələbələr platforma” səhifəsində paylaşılacaq və 3 saat 30 dəqiqə vaxt veriləcək. Bitirən tələbələr qeyd etdikləri cavabları “Facebook” vasitəsilə Nurlan Zeynalova, yaxud İsmayıl Məmmədova göndərə bilərlər.

Qeyd edək ki, verbal hissə 2009-2019 illərində imtahana düşən suallardan, riyazi hissə isə bu günə kimi qəbul imtahanına heç düşməyən suallardan ibarət olacaq.


Print