2020-2021 tədris ili üçün birinci sinfə qeydiyyatın ikinci mərhələsi bu gün başlayır
2020-2021 tədris ili üçün birinci sinfə şagird qəbulu bu gün başlayacaq və iyunun 1-dək davam edəcək, sənədlərin təqdim olunması isə iyulun 5-dək mümkündür.

Gürcüstanın Təhsil Nazirliyinin bildirdiyinə görə, koronavirus pandemiyasının qarşısının alınması məqsədilə, ölkə miqyasında elan olunmuş fövqəladə hala görə, birinci sinif şagirdləri və onların valideynlərinin maraqlarını nəzərə alaraq, 2020-2021 tədris ili üçün birinci sinfə şagird qeydiyyatının yeni tarixləri müəyyən olunub.

“Birinci sinfə xüsusi təhsilə ehtiyacı olan şagirdlərin qəbulu ilk mərhələdə baş tutdu, amma ölkədəki fövqəladə vəziyyətlə bağlı sənədlərin məktəbə təqdim edilməsi vaxtı 24 aprel əvəzinə 5 iyuladək uzadıldı. Xüsusi təhsilə ehtiyacı olan şagirdlərin qəbulu üçün çoxsahəli dəstənin verdiyi sənəd lazım olmayacaq. Sənədi vaxtında çatdırılmayan şagirdlərin qeydiyyatı ləğv olunacaq”, – deyə nazirlikdən bildiriblər.

İkinci mərhələ mayın 11-dən başlayır və 1 iyunadək davam edəcək ki, sənədlər də bu vaxt ərzində təqdim edilməlidir. Bu mərhələdə aşağıdakı meyarlara cavab verən uşaqlar birinci sinfə qəbul ediləcək:

➡ Qardaş-bacısı eyni məktəbdə oxuyanlar;
➡Bir ailədən birinci sinfə qəbul ediləcək iki və daha artıq uşaq olması halında;
➡ Valideyni eyni məktəbdə işləyən;

Qeydiyyat üçün məktəbə müraciət edilməli və sənədlər də təqdim edilməlidir.

Üçüncü mərhələ 2-25 iyun tarixlərində baş tutacaq. Sənədləri isə 2 iyundan 5 iyuladək məktəbə təqdim etmək lazımdır. Qeydiyyat Təhsilin İdarə Edilməsinin İnformasiya Sistemlərinin rəsmi veb saytında baş tutmalıdır (registration.emis.ge). Bu mərhələdə qeydiyyatı valideynin/qəyyumun özü etməlidir. Sənədlər 5 iyuladək təqdim edilmədiyi halda qeydiyyat avtomatik ləğv olunur.

4-cü mərhələ 20 avqustdan 10 sentyabradək olacaq ki, valideyn tələb olunan sənədlərlə məktəbə müraciət etməlidir və məktəb nəzərdə tutulmuş yerlərdən boş qalanına bu uşağı qeydiyyatdan keçirə bilər.

Yeni qaydalara müvafiq olaraq valideynlər sənədi məktəbə müvafiq elektron poçt vasitəsilə yollamalıdırlar və ya təhlükəsizlik qaydalarına müvafiq şəkildə məktəbin özünə, məktəb tərəfindən müəyyən olunmuş həftə günü material şəklində təqdim etməlidirlər.

Birinci sinfə qəbul üçün lazım olan sənədlərin siyahısı:

Valideynin/qanuni nümayəndənin ərizəsi, şəxsiyyət vəsiqəsinin və ya Gürcüstanda yaşayış icazəsinin surəti, şagirdin doğum kağızının və ya şəxsiyyət vəsiqəsinin surəti.

Sənədlər gürcü dilində olmadığı halda qanunvericiliklə müəyyən edilmiş qaydada notarial şəkildə təsdiq edilməlidir.

Mənbə: Birinci Kanal
Print