Gürcüstanın Təhsil naziri Mixeil Çxenkelinin 4 iyun tarixli əmri
ilə müəllimlər distant təhsil müddətində məktəb jurnalında şagirdə
"qayıb" yazmaq öhdəliklərindən azad olunurlar.
Bununla yanaşı, əmrdə yazıldığına görə, müəllim "Teleməktəb",
distant, elektron formatda və ya digər əlaqə vasitələrindən
istifadə edilərək keçirilən tədris prosesi çərçivəsində şagirdlərin
aldıqları qiymətləndirmələri fərdi qaydada qeyd etməli və bunu
semestr və ya dərs ilinin sonunda şagirdi qiymətləndirmək üçün
istifadə etməlidir.
"Ümumtəhsil müəssisələri distant təhsil müddətində
müəyyən bir fənn üzrə şagirdlərin konkret fənlərə davamiyyəti
barədə məlumatların gündəlik qeydiyyatı öhdəliyindən azad
olunurlar", — nazirin əmrində yazılıb.
Bu əmr, "1 aprel 2020-ci il tarixindən yaranan münasibətlərə"
aiddir.