Şagirdlərə "qayıb" yazmaq artıq məcburi deyil — nazirin əmri
Gürcüstanın Təhsil naziri Mixeil Çxenkelinin 4 iyun tarixli əmri ilə müəllimlər distant təhsil müddətində məktəb jurnalında şagirdə "qayıb" yazmaq öhdəliklərindən azad olunurlar.
Bununla yanaşı, əmrdə yazıldığına görə, müəllim "Teleməktəb", distant, elektron formatda və ya digər əlaqə vasitələrindən istifadə edilərək keçirilən tədris prosesi çərçivəsində şagirdlərin aldıqları qiymətləndirmələri fərdi qaydada qeyd etməli və bunu semestr və ya dərs ilinin sonunda şagirdi qiymətləndirmək üçün istifadə etməlidir.

"Ümumtəhsil müəssisələri distant təhsil müddətində müəyyən bir fənn üzrə şagirdlərin konkret fənlərə davamiyyəti barədə məlumatların gündəlik qeydiyyatı öhdəliyindən azad olunurlar", — nazirin əmrində yazılıb.

Bu əmr, "1 aprel 2020-ci il tarixindən yaranan münasibətlərə" aiddir.

Mənbə: batumelebi.netgazeti.ge
Print