Vahid Milli İmtahanlar iyulun 6-da başlayacaq və iyulun 25-də
başa çatacaq.
Təhsil Nazirliyindən verilən məlumata görə, qrant müsabiqəsi iyulun
25-də, magistr imtahanı isə avqustun 1-dən avqustun 4-dək
keçiriləcək.
Eyni zamanda, rəsmi məlumata görə, Xəstəliklərə Nəzarət Milli
Mərkəzinin tövsiyəsinə uyğun olaraq, imtahana daxil olanlar və
nəzarətçilər hər imtahan sektorunun ərazisinin yalnız 50 faizinə
buraxılacaq. Bu il imtahan mərkəzlərinin hər sektoruna 10-dan çox
imtahan olunacaq şəxs buraxılmayacaq.
Hər bir masa ön tərəfdə şəffaf qoruyucu qalxan / baryer ilə təchiz
ediləcək, masalar arasındakı eninə məsafə 2 metr, masalar
arasındakı ardıcıllıq məsafəsi isə 1 metr olacaq.
Bundan əlavə, Milli Qiymətləndirmə və İmtahanlar Mərkəzi hər bir
imtahan üçün hər bir şəxsə qoruyucu maska təklif edəcək.
Vahid Milli İmtahanların təhlükəsiz şəraitdə keçirilməsi haqqında
Hökumət Administrasiyasından bir neçə dəqiqədən sonra bəyanat
veriləcək.