Vahid Milli İmtahanlar iyulun 6-da başlayacaq, imtahan sektoruna 10 nəfərdən çox abituriyent buraxılmayacaq və masa ön tərəfdən qoruyucu qalxanla təchiz ediləcək

Vahid Milli İmtahanlar iyulun 6-da başlayacaq və iyulun 25-də başa çatacaq.


Təhsil Nazirliyindən verilən məlumata görə, qrant müsabiqəsi iyulun 25-də, magistr imtahanı isə avqustun 1-dən avqustun 4-dək keçiriləcək.
Eyni zamanda, rəsmi məlumata görə, Xəstəliklərə Nəzarət Milli Mərkəzinin tövsiyəsinə uyğun olaraq, imtahana daxil olanlar və nəzarətçilər hər imtahan sektorunun ərazisinin yalnız 50 faizinə buraxılacaq. Bu il imtahan mərkəzlərinin hər sektoruna 10-dan çox imtahan olunacaq şəxs buraxılmayacaq.

Hər bir masa ön tərəfdə şəffaf qoruyucu qalxan / baryer ilə təchiz ediləcək, masalar arasındakı eninə məsafə 2 metr, masalar arasındakı ardıcıllıq məsafəsi isə 1 metr olacaq.

Bundan əlavə, Milli Qiymətləndirmə və İmtahanlar Mərkəzi hər bir imtahan üçün hər bir şəxsə qoruyucu maska təklif edəcək.

Vahid Milli İmtahanların təhlükəsiz şəraitdə keçirilməsi haqqında Hökumət Administrasiyasından bir neçə dəqiqədən sonra bəyanat veriləcək.

Mənbə: İnterPressNews

 

Print