Şagirdlər Marneuli bələdiyyəsinin Sabirkənd 1 saylı ictimai
məktəbinin binasına 2018-ci ildə tədris ili başlayandan daxil
olmayıblar.
Bina qəzalı vəziyyətdədir və buna görə təhsil prosesinin
dayandırılmasına ehtiyac yaranıb.
Marneuli bələdiyyəsinin Sabirkənd 1 saylı ictimai məktəbinin
layihəsinin hazırlanması və onun əsasında məktəbin tikinti
işlərinin həyata keçirilməsi üçün Gürcüstanın Bələdiyyələrin
İnkişaf Fondu 7 343 779 lari dəyərində tender elan edib.
Tender sənədlərinə görə, ictimai məktəbin binası 450 şagird üçün
nəzərdə tutulmalıdır və aşağıdakı sahələrdən ibarət olmalıdır:
- 24 sinif otağı, laboratoriyaları ilə birlikdə 4
kabinet;
- Direktor və müavinin kabineti;
- Mühasibat-arxivi olan dəftərxana;
- Müəllimlər otağı;
- Həkim kabineti;
- Mandatur/mühafizəçi otağı;
- Ayaqyolu və dezinfeksiya ləvazimatları üçün yer olan
xadimə otağı;
- Məktəb inventarı üçün anbar;
- Şagirdlər, administrasiya və fiziki imkanları məhdud
şəxslər üçün sanitar bloklar;
- Mütaliə üçün kitabları və kompüter guşəsi olan
KİTABXANA;
- Akt zalı (zal, səhnə, geyim dəyişmək üçün
yer)
- Qida bloku – yeməkxana/bufet;
- İstirahət üçün məkan;
- Qarderobu, dəhlizi olan foye.
- Zirzəmi və yaxud yarım zirzəminin olması yaxşı
olardı.
- Binanın birinci mərtəbəsində xüsusi sahə ayrılan idman
meydanı. Zalın yanında idman ləvazimatları üçün anbar, qız və
oğlanlar üçün ayrı-ayrılıqda geyim dəyişmək yeri, duş
olmalıdır.
- Duşu olan təlimatçı otağı.
- Süni ot örtüyü olan kombinə edilmiş açıq idman
meydançası;
Gürcüstan Bələdiyyələrin İnkişaf Fondu Sabirkənd 1 saylı ictimai
məktəbinin tikintisi üçün 5 iyun tarixində tender elan edib.
Tenderdə iştirak etmək istəyən şirkətlər 9 iyuldan 14 iyula qədər
öz təkliflərini təqdim edə bilərlər.
Tenderdə qalib gələn şirkət məktəbin tikinti işlərini müqavilə
bağlandıqdan iki il ərzində həyata keçirməlidir. Şirkətin
layihədəki xidmətini yerinə yetirməsi üçün altı, tikinti işləri
üçün isə 18 ay vaxt veriləcək.
Sabirkənd 1 saylı ictimai məktəbinin şagirdləri yeni məktəb
tikilənə qədər Algeti kəndinin ictimai məktəb binasında təhsil
alırlar.