Marneulinin ictimai məktəblərində yerlərin yarıdan çoxu boşdur
Marneuli bələdiyyəsinin ictimai məktəblərində indiki mərhələdə 1657 boş yer qalıb. Bələdiyyə miqyasında ictimai məktəblərdə ümumilikdə 3 182 yer var. Məlumatlar Təhsil Nazirliyinin rəsmi veb-səhifəsində yayımlanıb.

Elə məktəblər var ki, artıq şagird qəbul etmə limiti dolub: Saimerlo kənd ictimai məktəbi (25 şagird – gürcü sektoru), Marneuli 2 saylı ictimai məktəbi (60 şagird – gürcü və rus sektoru), Marneuli 5 saylı ictimai məktəbi (75 şagird – gürcü sektoru), Marneuli 6 saylı ictimai məktəbi (150 şagird – gürcü və rus sektoru), Təkəli ictimai məktəbi (30 şagird – azərbaycan sektoru).

Birinci siniflərin qeydiyyatının üçüncü mərhələsi (ümumi) 2 iyun tarixində başlayıb və 25 iyun tarixinə qədər davam edəcək. 5 iyula qədər sənədləri təqdim etmək mümkündür.

Marneuli miqyasında 74 ictimai məktəb fəaliyyət göstərir.

Qeydiyyat təhsilin idarəsi məlumat sisteminin rəsmi veb-səhifəsində, registration.emis.ge.-də həyata keçirilir. Elektron qeydiyyatı valideyn/qanuni nümayəndə edir. Müəyyən edilmiş vaxt ərzində sənədlər təqdim olunmadığı halda qeydiyyat avtomatik olaraq ləğv olunur.

IV mərhələdə birinci siniflərin qeydiyyatı və sənədlərin təqdim olunması 20 avqustda başlayacaq və 10 sentyabra qədər davam edəcək.

Bu mərhələdə boş qalmış yerlərə I, II və III mərhələdə qeydiyyatdan keçə bilməyən yaxud qeydiyyatı dəyişmək istəyən şagirdlər qəbul olunacaq.

Şagirdin dördüncü mərhələdə qeydiyyatını ictimai məktəb valideynin/qanuni nümayəndənin təqdim etdiyi sənədlər əsasında təmin edir.

Print Email
FaceBook Twitter Google