Bidzina İvanişvilinin inşa etdiyi Kutaisi Beynəlxalq Universiteti necə görünür (+ foto)
Kutaisi Beynəlxalq Universitetinin (KBU) tikintisinin birinci mərhələsi başa çatıb.

Müvafiq olaraq, universitet ilk tələbə axınını 2020-ci ilin payızından qəbul etməyi planlaşdırır.

Tələbələr universitetdə müasir standartlara uyğun tam təchiz olunmuş yataqxanalar, istilik və soyutma sistemi olan studiya tipli otaqlar, vanna otağı, yataq otağı, tam təchiz olunmuş mətbəx və iş sahəsi ilə qarşılanacaqlar. Otaqlar müasir texnika, mebel, bütün lazımi avadanlıq və fasiləsiz internetlə təmin edilib.

Kutaisi Beynəlxalq Universitetinin 153 hektar ərazidə yerləşən şəhərciyində ultra müasir akademik binalar, kitabxanalar, yeməkxanalar, yaxşı təchiz olunmuş idman və yol infrastrukturu, ümumi iş yerləri, tələbə yataqxanaları, habelə akademik və inzibati heyət üçün yer var. Universitet şəhərciyinin inkişafı və inşası mərhələlərlə davam edir.

Məlumat üçün bildirək ki, universitet 60 000 tələbə üçün nəzərdə tutulub və o, Kutaisi yaxınlığında yerləşən dünya miqyasında 5-ci universitet şəhərciyidir. Layihənin təqdimatı 8 oktyabr 2016 seçkilərindən bir ay əvvəl keçirilmişdi. Kutaisi şəhərinə universitet şəhəri funksiyası vermək ideyası keçmiş baş nazir Bidzina İvanişviliyə məxsusdur. Kutaisi Universiteti şəhərciyinin, Tbilisi Texnoloji İnstitutunun və Elmi Tədqiqat Mərkəzinin ümumi büdcəsi bir milyard avrodur.













Mənbə: BPN
Print Email
FaceBook Twitter Google