Kutaisi Beynəlxalq Universitetinin (KBU) tikintisinin birinci
mərhələsi başa çatıb.
Müvafiq olaraq, universitet ilk tələbə axınını 2020-ci ilin
payızından qəbul etməyi planlaşdırır.
Tələbələr universitetdə müasir standartlara uyğun tam təchiz
olunmuş yataqxanalar, istilik və soyutma sistemi olan studiya tipli
otaqlar, vanna otağı, yataq otağı, tam təchiz olunmuş mətbəx və iş
sahəsi ilə qarşılanacaqlar. Otaqlar müasir texnika, mebel, bütün
lazımi avadanlıq və fasiləsiz internetlə təmin edilib.
Kutaisi Beynəlxalq Universitetinin 153 hektar ərazidə yerləşən
şəhərciyində ultra müasir akademik binalar, kitabxanalar,
yeməkxanalar, yaxşı təchiz olunmuş idman və yol infrastrukturu,
ümumi iş yerləri, tələbə yataqxanaları, habelə akademik və inzibati
heyət üçün yer var. Universitet şəhərciyinin inkişafı və inşası
mərhələlərlə davam edir.
Məlumat üçün bildirək ki, universitet 60 000 tələbə üçün nəzərdə
tutulub və o, Kutaisi yaxınlığında yerləşən dünya miqyasında 5-ci
universitet şəhərciyidir. Layihənin təqdimatı 8 oktyabr 2016
seçkilərindən bir ay əvvəl keçirilmişdi. Kutaisi şəhərinə
universitet şəhəri funksiyası vermək ideyası keçmiş baş nazir
Bidzina İvanişviliyə məxsusdur. Kutaisi Universiteti şəhərciyinin,
Tbilisi Texnoloji İnstitutunun və Elmi Tədqiqat Mərkəzinin ümumi
büdcəsi bir milyard avrodur.