Təhsil Nazirliyində Marneulili pedaqoqlarla görüş keçirildi
Marneulili məntiq müəllimi Abbas Abbasov və fizika-riyaziyyat müəllimi Elvir Həsənoğlunun 29 iyun tarixində Təhsil Nazirliyində görüşü baş tutub.

Abbas Abbasov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, koronavirus pandemiyası ilə bağlı karantin elan olunduğuna görə abituriyentlərə Təhsil Nazirliyinin proqramı çərçivəsində onlayn dərs keçiblər. Həmin vaxt işlər distant qaydada həyata keçirildiyindən nazirliklə əməkdaşlığı təsdiqləyən sənədi məhz indi imzalayıblar.

“Karantin elan olunduqdan bir müddət sonra Nazirlikdən mənimlə əlaqə saxladılar və məntiq və riyaziyyat dərslərini keçməyimi istədilər. Mən isə riyaziyyat dərslərini Elvir Həsənoğlunun keçməsinin daha məqsədəuyğun olacağını bildirdim. Beləliklə, Təhsil Nazirliyinin proqramı çərçivəsində dərsləri keçməyə başladıq, Elvir müəllim riyaziyyat, mənsə məntiq dərslərini keçdik”, – Abbas müəllim dedi.

https://youtu.be/uXYynw31ZFY
https://youtu.be/VACdr3oLqe8
https://youtu.be/5DkNU6G-38U
https://youtu.be/69kSzIi8eGQ
https://youtu.be/-ZCWVgjOwfA
https://youtu.be/Kt1DRshTjU8
https://youtu.be/D2HVHo4n6p0
https://youtu.be/8UqK1eDh3wY
https://youtu.be/82ka9IgjK6k

Elvir Həsənoğlu “Marneuli” radiosu ilə söhbəti zamanı baş tutan görüşün təfərrüatları barədə danışdı.

Onun sözlərinə görə, Təhsil Nazirliyi ilə əməkdaşlığı nəticəsində onlar abituriyentlərin pandemiya dövründə xüsusi hazırlıq kurslarından geri qalmamasına görə onlayn yolla dərslər keçməyə başlayıblar.

Elvir deyir ki, nazirlik gələcəkdə də bu kimi layihələrdə iştirak etmələrini istəyib.

“Təhsil Nazirliyi ilə əməkdaşlıq sayəsində abituriyentlər rahat şəkildə evlərindən lazım olan dərsləri həm canlı, həm də təkrar izləmək şansı əldə etdilər.”

Pedaqoq bildirdi ki, 1 saat 30 dəqiqə davam edən onlayn dərslər Vahid Milli İmthanlar bitdiyi günə qədər keçiriləcək.

https://youtu.be/w1GC6CGmhzU
https://youtu.be/uB_q_pF2YLk
https://youtu.be/4dYWHec4zn4
https://youtu.be/hvtfuy5ErR4
https://youtu.be/4Wbd0OTQoXo
https://youtu.be/BlAFEAxoRns
https://youtu.be/NxCEa2iaous
https://youtu.be/C-XbziwwaII
https://youtu.be/U969H7QJzIc
Print Email
FaceBook Twitter Google