Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzinin sədri Sofo
Qorqodzenin bildirdiyinə görə, saat 08:00-dan ölkə miqyasında 24
imtahan mərkəzinin hamısı maneəsiz açılıb.
Onun jurnalistlərə bildirdiyinə görə, abituriyentlər əvvəl məsafəyə
riayət etməklə həyətdə yerləşdiriliblər, sonra isə sektorlara
keçiblər.
“Bu gün vahid milli imtahanlar başladı. Bütün abituriyentlərə
uğurlar arzulayıram. Səhər saat 08:00-da Gürcüstan miqyasında 24
mərkəzin hamısı maneəsiz açıldı və abituriyentlər gəldi. Onlar
əvvəl məsafəyə riayət etməklə həyətdə yerləşdirildilər, daha sonra
isə mərhələli şəkildə sektorlara daxil oldular. Sektora keçməzdən
əvvəl əlbəttə, dezobaryerdən, termoskrininqdən keçirildilər və
sonra mühafizə polisi tərəfindən yoxlama aparıldı ki, özləri ilə
hər hansı əşya aparmasınlar. Bundan sonra saat 09:00-da bütün
imtahan mərkəzlərində imtahan başladı”, – Qorqodze
bildirib.
Qorqodzenin sözlərinə görə, işğal edilmiş ərazilərdə yaşayan
abituriyentlər üçün alternativ qayda var. Əgər onlar bu gün
imtahanda iştirak edə bilməsələr, alternativ qayda ilə qəbul
olunacaqlar və bu baxımdan onların problemi olmayacaq.
Qorqodzenin məlumatına görə, vahid milli imtahanlarla bağlı
pandemiyaya görə imtahan günlərinin sayı uzadılıb və müvafiq olaraq
bu həftə gürcü dili və ədəbiyyatı imtahanı olacaq.
Xatırladaq ki, vahid milli imtahanlara bu gündən start verilib.