2 abituriyent yüksək temperaturu olduğuna görə vahid milli imtahanlara buraxılmayıb

Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzinin sədri Sofo Qorqodzenin sözlərinə görə, bütün ölkə miqyasında ehtiyat sahəyə 4 nəfər abituriyent yerləşdirilib, 2 nəfər isə yüksək temperaturu olduğuna görə imtahana buraxılmayıb.



Onun jurnalistlərə verdiyi məlumata görə, abituriyentlərin 93% imtahana gəlib.

Artıq bir saatdan çoxdur ki, vahid milli imtahanlar gedir. Bilirik ki, indiki mərhələdə abituriyentlərin 93% imtahana gəlib. 2 nəfər gecikmişdi. Ümumilikdə 4 abituriyent ehtiyat sahəyə yerləşdirilib. Ölkə miqyasında 2 nəfər abituriyentdə yüksək temperatur qeydə alınıb və onlar imtahan buraxılmayıb. Hər ikisinin 38 dərəcə hərarəti olub. Eləcə də 175 saylı məktəbdəki imtahan mərkəzində emosiyaya görə temperaturun artması faktı qeydə alındı. Həkim baxdı və qərar verdi ki, abituriyenti imtahan mərkəzinə buraxmaq olar”, – Qorqodze bildirib.

Qorqodzenin dediyinə görə, qadağan edilmiş əşyaların imtahana aparılması fakt qeydə alınmayıb.

Sofo Qorqodzenin sözlərinə görə, bir neçə imtahan mərkəzində temperatur hazırda 30 dərəcəyə çatıb və kondisionerlər qurulub. Abituriyentlər isə maska taxıblar.






 

Print Email
FaceBook Twitter Google