Bu gündən müəllimliyə başlamaq istəyənlər üçün imtahanlar başlayır

Müəllimliyə başlamaq istəyənlər üçün imtahan prosesi bu gün başlayır. Bu il 12000 nəfər fənn imtahanlarına qeydiyyatdan keçib.



Müəllimliyə başlamaq istəyənlər bu gün gürcü dili və ədəbiyyat, riyaziyyat və təbiət fənlərindən imtahan verəcəklər.
İmtahan mərkəzləri paytaxtdan əlavə Batumi, Poti, Zuqdidi, Ozurqeti, Kutaisi, Axaltsixe, Qori, Rustavi və Telavi şəhərlərində açılıb.
İmtahanlar koronavirusun qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi tərəfindən hazırlanan bütün tövsiyələrə müvafiq şəkildə keçirilir.

Müəllimlik imtahanları iyulun 30-da başa çatacaq.

Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinin rəhbəri Sofiya Qorqodze, 133 saylı Tbilisi İctimai Məktəbində imtahan üçün qeydiyyat prosesi ilə tanış olub.

“12 000-ə qədər insan qeydiyyatdan keçib. Müraciət edənlərin kifayət qədər uzun iş vaxtı var - beş saat. Abituriyentlərin işində tətbiq olunan bütün təhlükəsizlik tədbirləri bu vəziyyətdə də nəzərə alınıb. Müəllimlər birbaşa iş prosesi zamanı qoruyucu maskanı çıxara bilərlər.

Müəllimlərlə yanaşı, bu gün fizika və təsviri incəsənətdən abituriyentlər də imtahan verəcəklər. Həmçinin, qrant müsabiqəsinə hazırlaşan tələbələrə imtahanın 25 iyul, şənbə günü olacağını da xatırlatmaq istərdim",
- deyə Sofiya Qorqodze əlavə edib.

Mənbə: Birinci Kanal

 

Print Email
FaceBook Twitter Google