Bu gün abituriyentlərin riyaziyyat və incəsənət imtahanlarının nəticələri yayımlanacaq – Sofia Qorqodze
Qiymətləndirmə və İmtahnlar Milli Mərkəzinin rəhbərinin sözlərinə görə, abituriyentlərin verdikləri imtahanlardan iki fənnin nəticələri bu axşam yayımlanacaq.

Sofia Qorqodze bu barədə Batumidə imtahan mərkəzlərindən birində ümumi magistr imtahanının gedişi ilə tanış olan zaman bildirib.

"Abituriyentlərin imtahan vərəqləri yoxlanılır və bu axşam, ehtimal ki, 4-5 saatdan sonra abituriyentlərin cavab vərəqlərini və nəticələrini riyaziyyat və təsviri və tətbiqi incəsənət fənləri üzrə yayımlayacağıq. Abituriyentlər öz nəticələrini bilmələri üçün şəxsi səhifələrinə daxil olmalı və şəxsi məlumatları daxil etməlidirlər. Həmçinin Geocell və Magti abunəçiləri 93333 koduna SMS göndərmə yolu ilə də nəticələr haqqında məlumat əldə edə biləcəklər. Cavab vərəqələri müxtəlif fənlər üzrə mərhələlərlə yayımlanacaq, yəni bu axşam başlayacağıq və hər iş günü yeni bir fənnin nəticəsini paylaşmağa çalışacağıq. Düşünürük ki, bu proses gələn həftə, ehtimal ki, bazar ertəsi və ya çərşənbə axşamı günü başa çatacaq və bundan sonra abituriyentlər zəruri hesab etdikləri təqdirdə şikayət ərizəsi ilə müraciət edə biləcəklər”, – deyə Qorqodze bildirib.

Mənbə: edu.aris.ge
Print Email
FaceBook Twitter Google