Mixeil Çxenkeli – Mövcud epidemioloji vəziyyətə görə, məktəblərdə dərslər sentyabrın 15-də siniflərdə başlayacaq

Təhsil naziri Mixeil Çxenkelinin sözlərinə görə, məktəblərdə tədris ili həmişəki kimi sentyabrın 15-də bərpa olunacaq.



Onun sözlərinə görə, universitetlərdə də dərslər həmişəki vaxtda başlayacaq.

"Mövcud epidemioloji vəziyyəti nəzərə alaraq, tədris prosesi məktəblərdə sentyabrın 15-də siniflərdə başlayacaq. Bu, universitetlərə də aiddir. Bu günə olan məlumatlara görə, tədris ili adi qaydada sinif otaqlarında başlayacaq. Bununla yanaşı, biz istənilən ssenariyə hazırıq və təhsil sistemi həmin vaxt olacaq epidemioloji vəziyyətə uyğunlaşdırılıacaq”, – deyə Çxenkeli bildirib.

 

Print Email
FaceBook Twitter Google