I-IV sinif şagirdləri üçün dərslərin məktəb məkanında keçirməsi məcburi olacaq

Gürcüstanın Təhsil Nazirliyi, 2020-2021 tədris ilinin başlanğıcı üçün Səhiyyə Nazirliyinin tənzimləmələrinə müvafiq olaraq məktəblər üçün tövsiyələr hazırlayıb.



Mövcud tövsiyələrə əsasən, yeni dərs ili 15 sentyabrda 2084 ictimai məktəbdə sinif otaqlarında yenilənəcək.

Nazirlikdən verilən məlumata görə, I-IV sinif şagirdləri üçün dərslərin məktəb məkanında keçirilməsi məcburi olacaq.

"Lazım gələrsə, məktəb rəhbərliyi tərəfindən qarışıq bir modelin tətbiqi ilə V-VI siniflərdə distant təhsil həftədə maksimum 1 gün, VII - XI siniflərdə maksimum 2 gün, XII sinifdə isə maksimum 3 gün olacaq. Qarışıq təlim modeli Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi və Təhsil Resurs Mərkəzi ilə razılaşdırılmalıdır", - bu haqda məlumat Təhsil Nazirliyinin yaydığı press-relizdə yayılıb.

Mənbə: Publika

 

Print Email
FaceBook Twitter Google