2020-2021-ci il tədris ilində Türkiyənin ali məktəblərində onlarla
tələbə gürcü dili və ədəbiyyatını öyrənəcək.
Bu barədə Gürcüstanın Türkiyədəki səfiri Qiorqi Cancqava məlumat
verib.
Səfir Türkiyənin Ali Təhsil Şurasına minnətdarlığını bildirib:
“Məhz bu qurumun birbaşa iştirakı ilə gürcü dili və
ədəbiyyatı istiqamətinə tələbələrin qəbulu qaydalarına
dəyişikliklər edilib. Bunun nəticəsində ali məktəblərdə bu
istiqamətdə tələbə kvotasının tam istifadəsi imkanı
yaranıb”.
Mənbə: NewsBureau