Türkiyədə tələbələrə gürcü dili və ədəbiyyatı tədris olunacaq
2020-2021-ci il tədris ilində Türkiyənin ali məktəblərində onlarla tələbə gürcü dili və ədəbiyyatını öyrənəcək.

Bu barədə Gürcüstanın Türkiyədəki səfiri Qiorqi Cancqava məlumat verib.

Səfir Türkiyənin Ali Təhsil Şurasına minnətdarlığını bildirib: “Məhz bu qurumun birbaşa iştirakı ilə gürcü dili və ədəbiyyatı istiqamətinə tələbələrin qəbulu qaydalarına dəyişikliklər edilib. Bunun nəticəsində ali məktəblərdə bu istiqamətdə tələbə kvotasının tam istifadəsi imkanı yaranıb”.

Mənbə: NewsBureau
Print