Əmək Müfəttişliyi Departamentinin məlumatına görə, 9 sentyabr
tarixinə olan göstəricilərlə Səhiyyə Nazirliyinin tələblərini
1500-ə yaxın yoxlayışdan keçmiş məktəbdən 81 məktəb qane
etməyib.
Beka Peradzenin məlumatına görə, indiki mərhələdə həmin 1500
məktəbdən təhsili davam etdirmək üçün 614 məktəbə icazə
verilib.
“Məktəblərin yoxlanılması davam edir. Bu günə olan
məlumata görə, 1500-ə yaxın məktəb yoxlanılıb və 614 məktəbə icazə
verilib. 81 məktəb tələbləri qane etmədi. Qalanlar isə yoxlayış
prosesindədir və müəyyən sənədləri gözləyirik ki, qərar qəbul
edək. Eləcə də 10-dan artıq universitet yoxlanıb və onların
hər birinə icazə verilib və proses davam edir”, –
Beka Peradze bildirib.